Icma.az
close
up
RU
İsrail İranın ürəyindən vurdu Dünya mediası nə YAZIR...

İsrail İranın ürəyindən vurdu Dünya mediası nə YAZIR...

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrailin iyunun 13-də İrana endirdiyi gözlənilməz raket zərbələri nəticəsində Tehranda vəziyyət hərbi rejimə keçib.

Yerli medianın verdiyi məlumata görə, hücumlar nəticəsində paytaxtda yerləşən yaşayış binasına zərbə endirilib və nəticədə 60 nəfər həlak olub. Hücumlar zamanı, həmçinin İranın yüksək rütbəli hərbçilərinin və nüvə mütəxəssislərinin yaşadığı komplekslər də hədəfə alınıb.

"Fox News"un məlumatına əsasən, İsrail kəşfiyyatı iranlı komandanları bir görüşə toplayaraq onları tələ şəklində birbaşa zərbə ilə öldürüb. Bu hadisədən sonra Qum şəhərində yerləşən Cəmkəran məscidinin üzərində “qırmızı qisas bayrağı” qaldırılıb.

Modern.az-ın məlumatına görə, son iki gündür dünya mediasının əsas diqqətində də məhz bu mövzudur.

"Reuters" agentliyi bildirir ki, 13 iyuna keçən gecə İsrailin keçirdiyi hücumlar nəticəsində İranın hərbi rəhbərliyinə ağır zərbə vurulub. Həlak olanlar arasında SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) komandanı Hüseyn Salami, Hərbi Hava Qüvvələrinin rəhbəri Əmir-Əli Hacızadə və altı nüvə fizikinin də olduğu bildirilir. İran ordusu sonradan Baş Qərargah rəisinin iki müavinini də itirdiyini təsdiqləyib.

Agentlik qeyd edir ki, bu zərbələr İranın hərbi və nüvə liderliyini zəiflədir və rəsmi Tehranın simmetrik cavab vermək imkanlarını məhdudlaşdırır. Agentlik yerli mənbələrə istinadla yazır ki, İran tammiqyaslı müharibəyə hazır deyil. Region ölkələri, xüsusən Fars körfəzinin qonşuları, bu eskalasiyanın genişmiqyaslı münaqişəyə çevriləcəyindən narahatdır.

Nüvə sazişinin taleyi...

"Bloomberg" xatırladır ki, İsrail Baş naziri Benyamin Netanyahu uzun illərdir İranın nüvə proqramını İsrail üçün əsas təhlükə kimi təqdim edir və bu dəfə həmin təhdidə qarşı əməli addım atıb. Lakin hücumlar İran-ABŞ arasında gözlənilən nüvə danışıqlarına ciddi zərbə vurub. 15 iyun tarixinə planlaşdırılan altıncı raund öncəsi İran parlamentinin deputatlarından biri dövlət televiziyasında bəyan edib ki, belə bir vaxtda ABŞ-la danışıqları davam etdirmək “mənasızdır” və onların dayandırılması “məntiqli qərar” olar.

"Financial Times" yazır ki, ABŞ İsrailin hücumlarından əvvəl məlumatlı olub və bölgədəki bəzi diplomatik personalını təxliyə edib. Bununla belə, ABŞ rəsmiləri İran tərəfini bu hücumlarda birbaşa iştirak etmədiklərinə inandırmağa çalışıb. Tərəflər arasında yeni gərginliyə baxmayaraq, bəzi amerikalı rəsmilər danışıqların bərpasına ümidlərini itirməyiblər. 

Təhlükəsizlik və radioaktiv çirklənmə ilə bağlı açıqlamalar

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi BMT-nin iclasında bildirib ki, Natanz şəhərindəki uranın zənginləşdirilməsi zavodunun yerüstü hissəsi və onun enerji infrastrukturuna ciddi zərər dəyib. O, bu obyekt daxilində radiasiya səviyyəsində artımın müşahidə olunduğunu desə də, ətraf ərazilərdə təhlükəli səviyyədə çirklənmə qeydə alınmayıb. Digər əsas nüvə obyekti - Fordo zavodunun isə hücumlardan zərər görmədiyi açıqlanıb. İsrailin ordusu isə 14 iyun tarixində verdiyi məlumatda bildirib ki, İsfahan əyalətində yerləşən digər nüvə obyektlərinə də zərbələr endirilib və oradakı zənginləşdirmə qurğuları məhv edilib.

Trampın reaksiyası və mesajları

Ağ Evin açıqlamasına görə, ABŞ Prezidenti Donald Tramp hadisə ilə bağlı ictimai çıxış etməyib. Lakin CNN-in aparıcısı Dana Baş bildirib ki, Tramp onunla telefon müsahibəsində İranın nüvə müzakirələrində iştirak etmiş nümayəndələrinin hamısının "indi həyatda olmadığını" deyib və bu vəziyyətə kinayəli münasibət bildirib.

"Axios" isə Trampın İsrailin hava hücumlarını “nüvə sazişinə nail olmaq şansını artıran faktor” kimi dəyərləndirdiyini yazır.

Beynəlxalq medianın təhlillərinə əsasən, İsrailin İrana endirdiyi hücumlar regionda təhlükəsizlik balansını dəyişib və ABŞ-la İran arasında illərlə davam edən nüvə danışıqlarının gələcəyini sual altına salıb. Diplomatik masa arxasında kompromis axtarışları davam etsə də, hərbi reallıqlar yeni mərhələyə keçidin xəbərçisidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:265
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 İyun 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri