İsrail Livanda Hizbullah ın hava hücumundan müdafiə komandirini məhv edib
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
İsrail Müdafiə Qüvvələri (IDF - SAXAL) Livanda "Hizbullah" şiə hərəkatının hərbi qanadının hava hücumundan müdafiə bölməsinin komandirinin məhv edildiyini açıqlayıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə SAXAL-ın mətbuat xidmətinin bəyanatında məlumat verilib.
"İsrail Müdafiə Qüvvələri Livanın Nebatiya bölgəsində "Hizbullah"ın hava hücumundan müdafiə bölməsinin əsas terrorçusu Həsən Əli Cəmil Atvini məhv edib. O, terror təşkilatının hava hücumundan müdafiə bölməsinin yenidən qurulmasına və silahlanmasına rəhbərlik edirdi və mühüm operativ məlumat mənbəyi idi", - deyə məlumatda bildirilib.
İsrail hərbçilərinin iddialarına görə, Atvi "İranla əlaqə saxlayırdı" və oradan avadanlıq alırdı. Mətbuat xidmətindən bildirilib ki, onun fəaliyyəti İsrail və Livan arasında atəşkəs razılaşmalarının pozulması demək idi, onun öldürülməsi isə "Hizbullah"ın hərbi gücünü bərpa etmək səylərini sarsıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 06 Oktyabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















