İsrail mediası yazır: Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərinə zərbə endirəcək
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün İsrailin Baş naziri Netanyahunun İran xalqına "Sizin azadlığınız yaxındır. Sizi İran rejimindən qurtarmaq üçün hər şeyi edəcəyik", - videomüraciətinin mürəkkəbi qurumamış İsrail mediasında bölgə dövlətlərini tədirgin edən iddia tirajlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail mediası İsrail Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşdığını iddia edib.
İddialara İsrail administrasiyasından rəsmi reaksiya verilməyib. Ancaq bu xəbər İsrailin demək olar bütün üzdə olan media orqanlarında manşetdən tirajlanıb.
Məlumat adı açıqlanmayan İsrail rəsmisinə istinadla yazılıb və qeyd olunub ki, “Hizbullahın zəifləməsi və Suriyanın hava hücumundan müdafiə sistemlərinin əksəriyyətinin zərərsizləşdirilməsindən sonra İranın nüvə obyektlərinə hücum etmək fürsəti qaçırıla bilməz. Ancaq hücumun nə vaxt həyata keçirilməsi barədə ipucu verilməyib.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 13 Dekabr 2024 01:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















