İsrail Məğlubiyyət astanasında: Keçmiş kəşfiyyat zabitləri Trampa müraciət ediblər
Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrail Müdafiə Qüvvələrinin (IDF) və İsrail kəşfiyyat xidmətlərinin "Mossad" və "Şin Bet"in keçmiş rəhbərləri ABŞ prezidenti Donald Trampa məktub göndərərək, baş nazir Benyamin Netanyahunu Qəzzada müharibəni dayandırmağa məcbur etməyə çağırıblar.
Bu barədə Jerusalem Post xəbər verir.
Keçmiş yüksək rütbəli zabitlər 600-dən çox keçmiş təhlükəsizlik məmurundan ibarət İsrail Təhlükəsizlik Komandirləri (ISC) qrupuna rəhbərlik edirlər. Onlar deyirlər ki, İsrail “məğlubiyyət astanasındadır” və ölkə strateji çıxılmaz vəziyyətə düşüb.
Onlar iddia edirlər ki, Qəzzada ordu “blokadadır” və Qəzzada bu yaxınlarda “Gideonun arabaları” adlandırılan hərbi əməliyyatın heç bir real nəticə vermədiyi, girovların azad edilməsi ilə bağlı heç bir nəticə yoxdur.
Ayrı-ayrılıqda onlar Netanyahunu kəskin tənqid edərək, onun İsraili “ekstremist dini baxışlara” əsaslanaraq idarə etdiyini izah ediblər.
Məktubu imzalayanlar Trampı “hələ xilas ola biləcəkləri xilas etmək” üçün İsrailin baş nazirinə müharibəni bitirmək üçün təsir göstərməyə çağırıblar.
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 04 Avqust 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















