İsrail müdafiə nazirindən İrana xəbərdarlıq: Dəməşqdə Əsədə nə etdiksə, Tehranda sizə onu edərik
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) İsrail ərazisinə hücumları həm onlar, həm də İran üçün ağır nəticələrə səbəb olacaq.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə İsrailin müdafiə naziri İsrael Kats çıxış edib.
O qeyd edib ki, İsrail Müdafiə Qüvvələri istənilən missiyaya hazırdır.
"Husilərin terror təşkilatını maliyyələşdirən, silahlandıran və nəzarət edən İran rəhbərliyinə də xəbərdarlıq edirəm: proksi nəzarət sistemi bitdi, "şər oxu" dağıldı, siz husilərin hücumlarına görə birbaşa məsuliyyət daşıyırsınız. Biz Beyrutda "Hizbullah"a, Qəzzada HƏMAS-a, Dəməşqdə Əsədə və Yəməndə husilərə nə etdiksə, Tehranda da sizə onu edəcəyik", - deyə İsrael Kats vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 08 May 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















