İsrail Ordusunun bölmələrinin bir qismi Qəzzadan çıxarılıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
İranla davam edən münaqişə fonunda İsrail Ordusunun bölmələrinin bir qismi Qəzza sektorundan çıxarılıb, Misir və İordaniya sərhədinə yerləşdirilib.
APA-nın xəbərinə görə, bu barədə “The Times of Israel” məlumat yayıb.
Qeyd edilib ki, hazırda Qəzzada İsrail Ordusunun 4 diviziyası, yəni 10 minə qədər hərbçisi var. 98-ci diviziya, elit desant birləşməsi və xüsusi təyinatlı bölmə isə Qəzza sektorundan çıxarılıb.
Bununla belə, İsrail Ordusunun yaydığı bəyanatda bildirilib ki, İranla davam edən münaqişə dövründə də Qəzzada HAMAS silahlılarının zərərsizləşdirilməsi prosesi davam edəcək.
İsrail Ordusunun İordaniya ilə sərhəddə qüvvələri 3 dəfə artırılıb. 98-ci diviziya isə Misirlə sərhədə yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:İsrail Misir və İordaniya ilə sərhədləri möhkəmləndirir, qoşunların bir hissəsi Qəzzadan çıxarılıb
16 İyun 2025 16:32
Qəzzadan dağıntılar altından 22 cəsəd çıxarılıb
20 Fevral 2025 18:28
İsrail əhalini Qəzzadan köçürür
06 Fevral 2025 15:18
İsrail hərbçilərinin bir hissəsini Qəzzadan çıxarır
10 Oktyabr 2025 12:45
İsrail Qəzzadan raket atəşinə tutuldu
07 Aprel 2025 04:57
Baxış sayı:88
Bu xəbər 16 İyun 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















