Icma.az
close
up
RU
İsrail Prezidenti COP29a niyə gəlmədi?

İsrail Prezidenti COP29a niyə gəlmədi?

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail Prezidenti İsaak Hersoqun Azərbaycana gəlməməsinin əsl səbəbi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bəzi xarici medianın qeyd etdiyi kimi, bu, heç də təhlükəsizlik məsələsi deyil.

Heç şişirtmədən demək olar ki, Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Bunu bu il mayın 30-da Bakıda səfərdə olan Prezident İsaak Hersoq da daxil olmaqla, çoxlu sayda İsrail rəsmilərinin Azərbaycana gəlməsi də təsdiq edir. Hətta ölkənin Baş naziri Benyamin Netanyahu da 2016-cı ildə Azərbaycana birgünlük səfərə gəlmişdi.

Hazırda Bakıda baş tutan COP29 ilə əlaqədar on minlərlə qonağın və yüzə yaxın dünya liderinin ölkəyə gəlməsi kontekstində də ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir.

Caliber.az-ın məlumatına görə, İsaak Hersoqun Azərbaycana gəlməməsinin səbəbi tamam başqa müstəvidədir.

Belə ki, buna səbəb Türkiyənin İsrail Prezidentinin təyyarəsinin öz hava məkanından istifadəsinə qadağa qoymasıdır.

Dünyanın ən böyük tədbiri olan COP-un məhz Azərbaycana həvalə edilməsi Türkiyədə də böyük məmnunluqla qarşılanmışdı və Azərbaycan qardaş ölkənin bu tədbirin iştirakçılarının ölkəmizə səfərinə hər hansı maneə yarada biləcəyini zənn etmirdi.

Bu baxımdan, İsrail Prezidentinin təyyarəsinə hava məkanının verilməməsi Bakıda təəccüblə qarşılanıb. Ən azından ona görə ki, BMT-nin bu səviyyəli tədbirləri bütün ölkələr üçün açıq olur. Məsələn, BMT Baş Assambleyasının sessiyaları zamanı ABŞ hətta İran, Venesuela kimi ölkələrin liderlərinin də ABŞ-yə səfəri və tədbirdə iştirakına bütün şəraiti yaradır, halbuki bu ölkələrə qarşı ən sərt sanksiyalar tətbir edib. Azərbaycanın 30 il ərazilərini işğal altında saxlayan və hələ də sülh sazişini imzalamaqdan yayınan Ermənistanı tədbirə dəvət etməsi də bu təcrübə və ənənədən irəli gəlirdi. Odur ki, Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iştirakçıları üçün digər dövlət, xüsusilə qardaş Türkiyə tərəfindən maneə yaradılması Bakıda təəssüf doğurub.

“Qafqazinfo”nun əldə etdiyi digər məlumata görə, İsrail tərəfi problemin həlli üçün Azərbaycana müraciət edib, hətta, Prezident Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə zəng də edib. Amma Azərbaycan tərəfinin məsələ ilə bağlı Türkiyə ilə məsləhətləşmə və müzakirələri nəticə verməyib. 

Baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən də təəccüb və təəssüf hissi ilə qarşılanmaya bilməz. Son vaxtlar Türkiyənin Ermənistanla gizli görüşlərinin intensivliyinin artması, indi də Azərbaycanın ən yüksək səviyyəyə təşkil etdiyi COP29-da İsrail Prezidentinin iştirakına imkan verilməməsi suallar yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Noyabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Trampa sui qəsd planı Pərdəarxasında kim var?

12 Avqust 2026 20:34see286

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see260

Livitt istefa verdi

13 Avqust 2026 00:16see228

Əmlak bazarı ilə bağlı proqnoz: Bahalaşma gözlənilir

12 Avqust 2026 12:01see221

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

12 Avqust 2026 03:42see214

Limonlu su arıqlamağın möcüzəvi yolu deyil

12 Avqust 2026 23:23see210

“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək Macarıstanda...

12 Avqust 2026 00:13see205

KL: Kiprdə 6 qolluq şou

12 Avqust 2026 01:10see200

Fazil Mustafa Əlövsət Əliyevin iradına cavab verib: “Tamamilə uyğunsuz bir iraddır”

12 Avqust 2026 02:00see193

“Korintians” Depayla müqaviləni yeniləməmək qərarına gəlib

12 Avqust 2026 04:10see193

Yer 7 saniyəlik cazibə qüvvəsini itirəcək Alimlər həqiqəti açıqladı

12 Avqust 2026 04:42see183

Karyera, pul və sevgidə uğur qazanacaq 3 bürc

12 Avqust 2026 00:07see182

Tramp: ABŞ Ukraynaya hərbi dəstək verə biləcək AB ölkələrinə silah satır

12 Avqust 2026 04:53see180

Rumıniya kömürlə işləyən İES ləri bağlamadığı üçün Avropa fondlarını itirə bilər

12 Avqust 2026 05:17see179

İtlərin insanları necə “oxuduğu” məlum oldu

12 Avqust 2026 06:28see173

KL də 2 komanda pley offa adladı

12 Avqust 2026 01:40see173

İqtisadiyyatda kim qazandı, kim uduzdu? 7 aylıq rəqəmlər

12 Avqust 2026 10:54see170

Böyük Britaniyada 10 mindən çox ev susuz qalıb

12 Avqust 2026 00:26see166

Namik Ələskərov Kəpəz in şərəfini qoruyacaq

12 Avqust 2026 00:40see155

Politoloq: Naxçıvanın qarşısında böyük inkişaf imkanları açılır

12 Avqust 2026 18:18see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri