İsrail Qərb ölkələrinin Fələstini tanıması belə reaksiya verdi
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
İsrail Xarici İşlər Nazirliyi Böyük Britaniya, Avstraliya, Kanada və digər Qərb ölkələrinin Fələstin dövlətini tanımasına dair açıqlamalara sərt reaksiya verib.
Globalinfo.az xəbər verir ki, nazirliyin “X” sosial media platformasında yayılan bəyanatında bildirilir:
“Bu bəyanat sülhə töhfə vermir, əksinə, regionda sabitliyi daha da pozur və gələcəkdə sülh yolu ilə həllə nail olmaq şanslarını sarsıdır”.
Rəsmi Təl-Əviv hesab edir ki, Fələstinin tanınması HƏMAS-a siyasi dəstəyin artmasına gətirib çıxarır və kompromis imkanlarını minimuma endirir.
Nazirlik vurğulayıb ki, İsrail qeyri-mümkün sərhədləri qəbul etməyə məcbur edən sənədləri tanımayacaq.
Qeyd edək ki, Kanada, Avstraliya və Böyük Britaniya artıq Fələstin dövlətçiliyini rəsmən tanıyıblar. Fransa Prezidenti Emmanuel Makron da sentyabrın 22-də oxşar addım atacağını bəyan edib.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 21 Sentyabr 2025 21:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















