Icma.az
close
up
RU
İsrail Qəzza məsələsində güzəşt etmir Səbəb nədir?

İsrail Qəzza məsələsində güzəşt etmir Səbəb nədir?

Icma.az bildirir, Sfera.az portalına istinadən.

İsrail Qəzzaya humanitar yardım dəhlizi açmaq istəmir. Regionda humanitar böhranın daha da dərinləşdiyi bir vaxtda Tel-Əvivin bu addımı, müxtəlif siyasi dairələr tərəfindən strateji və siyasi məqsədlərlə izah edilir. 


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Aqşin Kərimov bildirib ki, İsrailin Qəzzaya humanitar dəhliz açmaq istəməməsi onun radikal siyasət yürütməsinin bariz nümunəsidir.


Ekspertin sözlərinə görə, İsrail Fələstin münaqişəsinin həlli ilə bağlı strategiyasında sərt və dəyişməz mövqeyini qoruyub-saxlayır. A. Kərimov əlavə edib ki, İsrail ABŞ ilə müttəfiq olsa da, Fələstin münaqişəsinin həllində Vaşinqtonla yekun ortaq nöqtədə birləşməkdə maraqlı deyil. 


Siyasi təhlilçi Türkiyənin Yaxın Şərqdə böyüyən geosiyasi əhəmiyyətinə də diqqət çəkib:

“Yaxın Şərqdə Türkiyənin artan nüfuzu fonunda İsrail Qəzza siyasətini yeni fazaya keçirir. Çünki Türkiyənin bölgədə güclənməsi İsrailin maraqlarına uyğun deyil. Bununla belə, gələcəkdə İsrail-Türkiyə arasında danışıqların baş tutması da istisna oluna bilməz”.

Ekspert qeyd edir ki, İsrailin bölgədəki mövcud vəziyyəti də onu daha sərt addımlar atmağa vadar edir:


“İsrail hazırda dörd tərəfdən müharibə mühasirəsindədir – Livan, HƏMAS, Suriyada yeni geosiyasi quruluşun yaranması və İran təhlükəsi. Bu vəziyyət İsrailin radikallaşmasına səbəb olur. İsrail ABŞ ilə müttəfiq olsa da, bir çox məsələdə Ağ Evin maraqlarını qəbul etməmək üçün səylərini davam etdirir”.


Kərimov əlavə edib ki, HƏMAS-ın tamamilə ləğv olunması yaxın perspektivdə real görünmür:


“HƏMAS-ın dəstəkçiləri arasında İranla yanaşı, Türkiyə də yer alır. Gerçəklik isə budur ki, İran artıq Hizbullahı belə İsrailə qarşı hərbi əməliyyatlara cəlb etməkdə çətinlik çəkir. Amma HƏMAS hələ də tam məhv edilməyib və döyüşlər davam edir”.

Politoloqun fikrincə, bu səbəbdən də İsrailin Qəzza müharibəsində maksimalist məqsədlərinə çatıb-çatmayacağı sual altındadır.

Bəsti Rəfizadə
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Avqust 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see254

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see235

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see231

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see227

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see225

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see224

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see215

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see212

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see200

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see197

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see196

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see196

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see195

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see192

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see190

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see188

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see183

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see176

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri