Icma.az
close
up
RU
İsrail təcavüzünə qarşı “Ərəb NATO”su yaradılır

İsrail təcavüzünə qarşı “Ərəb NATO”su yaradılır

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

İsrailin Qətərdə hücumu və Qəzzada baş verənlər qarşısında acizlik ərəb ölkələrini NATO tərzi hərbi ittifaqa sürükləyir. Misirin hərbi gücü və Səudiyyə Ərəbistanının maliyyə və texnoloji imkanları ilə ərəb hərbi ittifaqını qurmaq müzakirələri artıq intensivləşib.

Bir neçə gün öncə Livanın “Əl-Əxbar” qəzeti hökumətə yaxın mənbəyə istinadən məlumat yayıb ki, Misir ərəb ölkələrinin NATO-ya bənzər birgə hərbi qüvvə yaratması təşəbbüsü ilə çıxış edib.

Məlumata görə, təklif ilk dəfə təxminən doqquz il əvvəl irəli sürülsə də, nəticə əldə edilməyib. Son günlərdə, xüsusilə İsrailin Dohaya aviazərbəsindən sonra təşəbbüs yenidən aktuallaşıb.

Plan çərçivəsində Misir 20 minə yaxın hərbçisini ayırmağa hazır olduğunu bildirib. Birgə qüvvənin formalaşdırılmasında iştirakçı ölkələrin əhalisi, hərbi potensialı və regional balans nəzərə alınacaq. Mərakeş və Əlcəzairin də qoşulması, həmçinin komandirlik vəzifələrinin ölkələr arasında bölüşdürülməsi müzakirə olunur.

Mənbənin sözlərinə görə, Qahirə birinci komandanlıq mövqeyini özündə saxlamaq, ikinci vəzifəni isə Səudiyyə Ərəbistanına və ya Fars körfəzi ölkələrindən birinə vermək niyyətindədir.

Rusiyalı senator Vladimir Cabarov Telegram kanalında məlumat verib ki, ərəb dünyasında Misir İsrailin Fələstinin bir hissəsini ilhaq etməsi ilə bağlı açıqlamalarına cavab olaraq “Ərəb NATO-su” ideyasını təbliğ edir.

“İsrail Avropadan deyil, Qəzzada baş verənlərin kəskin mənfi reaksiyaya səbəb olduğu ərəb dünyasından çox daha ciddi reaksiya ilə üzləşəcək. İsrail, şübhəsiz ki, region ölkələri ilə böyük problemlərlə üzləşəcək. Sadə insanlar isə bütün bunlarla, bəlkə də, onilliklər boyu mübarizə aparmalı olacaqlar", - deyə o vurğulayıb.

Cabarovun sözlərinə görə, Misir artıq “Ərəb NATO-su”nun yaradılması ideyasını irəli sürür. Ərəb liderləri "israillilərə qarşı mübarizə" üçün hərbi koalisiya ideyasını ciddi şəkildə müzakirə edirlər.

Cabarov qeyd edib ki, bu fonda İsrailin baş naziri Benyamin Netanyahu “öz hakimiyyətini saxlamaqdan daha çox narahatdır”.

Politoloq Turab Rzayev bildirib ki, 2 fakt İsrailin bölgədəki fəaliyyətinin digər ölkələrin siyasi addımlarına necə təsir etməsi ilə bağlı mənzərəni ortaya qoyur: “1. Misir Prezidenti Sisi 48 il sonra ilk dəfə İsrailə qarşı düşmən ifadəsini işlədib. Misir mətbuatı və siyasi mühiti də İsrailə qarşı düşmən ritorikası yeridir. Misir İsrailin Qəzzadakı 3 milyon insanı Sinay yarımadasına köçürmək planını düşmən aktı kimi qiymətləndirir. Onsuz da Sinayda siyasi vəziyyət kövrəkdir, radikal silahlı dini təşkilatlara dövlət nəzarət edə bilmir. Böyük hissəsi silahlı və radikallaşmış 3 milyon əhali Misirin Sinaydakı sabitliyini təhdid edəcək.

2. Uzunmüddətli soyuqluqdan sonra Misir və Türkiyə siyasi olaraq yaxınlaşır. Hətta Aralıq dənizinin şərqində ortaq hərbi təlimlər keçirəcəklər. Ortaq hərbi təlimlər Qəzzaya humanitar yardım gətirən Sumud donanmasının Aralıq dənizinin şərqinə çatması ilə paralel olacaq. Ola bilər ki, tərəflər ikinci “Mavi Mərmərə” hadisəsinin təkrarlanmaması üçün təlimin vaxtını uzatsınlar.

İsrail istəsə də, istəməsə də bölgəni yenidən dizayn edir. 7 ölkəyə zərbə endirilməsi (bunların 6-sı ərəb ölkəsidir) ərəb dünyasında böyük təhlükəsizlik qayğıları yaradıb. Qətərə zərbə isə Körfəz ölkələrinin də təhlükəsizlik qayğılarını artırıb.

Bütün bunların fonunda Səudiyyə Ərəbistanının Türkiyənin strateji partnyoru Pakistan ilə qarşılıqlı müdafiə müqaviləsi imzalaması böyük mənzərəni ortaya qoyur”.

Politoloq Vasif Əfəndinin fikrincə, İsrailin son hərbi əməliyyatları və bölgədə gərginliyin artması ərəb dünyasında yenidən təhlükəsizlik məsələlərini gündəmə gətirib. Əslində “Ərəb NATO-su” ideyası ilk dəfə 2017–2018-ci illərdə Səudiyyə Ərəbistanı və ABŞ tərəfindən irəli sürülmüşdü. Məqsəd İranın təsirinə qarşı kollektiv müdafiə bloku qurmaq idi. Amma ərəb ölkələrinin bir-birinə olan güvənsizliyi, maraqlarının ziddiyyətli olması və daxili böhranlar səbəbindən bu təşəbbüs reallaşmadı.Bugünkü reallığa baxanda , yəni ərəb dövlətlərinin prizmasından yanaşsaq hərbi ittifaq vacib görünür, amma çətindir. İsrailin Livan, Qəzza, Qətər, hətta Yəmən kontekstində hədəflər elan etməsi ərəb dövlətlərinin maraqları üçün hərbi-siyasi koordinasiyasını vacib edir. Birgə müdafiə mexanizmi olmasa, ərəb ölkələri parçalanmış şəkildə qalacaq və hər biri ayrıca zəif mövqedə olacaq.Ərəb ölkələri arasında fikir ayrılığı və dərin parçalanma var. Fələstin məsələsində belə tam ortaq mövqe yoxdur. BƏƏ və Bəhreyn İsraillə normallaşma kursu götürüb. Ərəb dövlətləri klassik NATO tipli hərbi alyans qurmaq əvəzinə, strateji müdafiə şurası və ya bölgənin təhlükəsizlik paktı yarada bilərlər. Hərbi əməkdaşlıq sahəsində ilikn olaraq ümumi hava hücumundan müdafiə sisteminin yaradılması və ortaq diplomatik mövqe ən azı ilkin addım ola bilər.

“Ərəb NATO-su”nun yaranması bu gün ərəb ölkələrinin maraqlarına uyğun görünsə də daxili ziddiyyətlər və İsraillə münasibətlər fərqliliyi səbəbindən real perspektiv zəifdir.

Amma reallıqda ərəb hökumətləri arasında İsrailə qarşı sərt blok yaratmaq iradəsi yoxdur: BƏƏ, Bəhreyn, Mərakeş artıq İsraillə diplomatik münasibətlər qurub; Səudiyyə də gizli şəkildə yaxınlaşır. Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Misir üçün əsas təhlükə məhz İranın bölgədəki təsiridir Yəmən husiləri, İraq şiə milisləri, Suriya və Livanda oturuşmuş Hizbullah ərəb dövlətlərinə real təhdiddir.ABŞ da uzun illərdir “Ərəb NATO”su ideyasını məhz İrana qarşı təklif edir.

Amma Qətər, Oman, İraq və hətta son zamanlar Səudiyyə belə İranla normallaşmaya can atsa da İran yalnız öz çıxarları üzərindən siyasət yürüdür. Bir sözlə ərəb liderləri daxildə İrana qarşı, xalq qarşısında isə İsrailə qarşı mövqeyini daha çox qabardır”.

ƏHD Partiyasının İdarə Heyətinin üzvü, politoloq Azər Qasımovun fikrincə, ərəb ölkələrinin NATO-sunun yaradılması fikri utopiyadır. O qeyd edib ki, 22 ərəb dövlətinin tarixən keçdiyi yola nəzər salsaq görərik ki, bu dövlətlərin yaranması, mövcudluğu və bu günkü varlığı ancaq ABŞ və Böyük Britaniya dövlətlərinin sayəsindədir.

Onun sözlərinə görə, Yəmən husiləri belə ABŞ tərəfindən himayə edilir. Devrilmiş lider Əli Abdullah Salehin ardınca Mansur Hadinin prezident olduğu və Səudiyyə Ərəbistanın rəhbərliyi altında qurulan 10 ərəb dövlətindən ibarət Ərəb Koalisiyasə qüvvələri 2015-ci ilin mart ayında husilərə qarşı əməliyyata başlayıb, qanuni hakimiyyəti dəstəkləyəndə ABŞ-ın onları durduğu mətbuatda qeyd edilmişdi: "Məsələ ondadır ki, ərəb dövlətlərnin ərazisində ABŞ-in nəzarətində hərbi bazaları var. Səudiyyə Ərəbistanı, BƏƏ, İordaniya, Qətər, İraq, Misir, Suriyada ABŞ-ın hərbi bazaları var.

Məsələnin maraqlı tərəfi ABŞ bu ölkələrə necə və niyə gəlib sualı məsələnin mahiyyətini açır. ABŞ-ı bu ölkələrə həmin ölkələrin özləri çağırıb, təbii ki, bəziləri xaric Suriya, İraq kimi. Niyə? Ona görə ki, bu ölkələrdə monarxiya hakimiyyəti mövcuddur".

"Hakimiyyət bir nəslin əlindədir və onlar da özlərinin təhlükəsizliyini qorumaq üçün ABŞ-ı ölkələrinə çağırıblar. ABŞ-dan silah alırlar, bu məqsədlə ABŞ-a yüz milyardlarla vəsait verirlər. ABŞ da onların hakimiyyətini qoruyur, lazım biləndə yeni hakimiyyət gətirir və ya gələni dəstəkləyir. Misirdə olduğu kimi. ABŞ isə bu ölkələrə milyardlar qazanmaqdan başqa İsrailin təhlükəsizliyini qorumaq üçün gəlib. Bütün hərbi bazaları, hava hücumundan müdafiə sistemləri daha çox İsrailin təhlükəsizliyini qorumaq üçündür, nəinki həmin ölkələrin. Bu baxımından ərəb ölkələrinin NATO-sunun yaradılması fikri utopiyadan başqa bir şey deyildir. Bunun üçün ərəb ölkələrində ilk növbədə siyasi, sonra isə hərbi iradə yoxdur, xüsusən də bu, İsrailə qarşı olacaqsa. Hesab edirəm ki, bu fikrə düşən ərəb ölkəsində hərbi-siyasi çevriliş an məsələsi olar. Bu məsələ terror hadisəsindən tutmuş, sui-qəsdlərə kimi gedib çıxar, amma nə ABŞ, nə də İsrail buna imkan verməz. Türkiyənin rəhbərliyində belə bir hərbi ittifaqın olma ehtimalına yer vermək olar, amma ərəblərin türklərə olan dözümsüzlüyü fonunda bu məsələ də çətin iş kimi görünür. Bəlkə İslam həmrəyliyi kontekstindən yanaşılsa, hansısa uğurlardan danışmaq olar"

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:496
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Sentyabr 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see250

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see250

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see244

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see210

Fermerlərə ŞAD XƏBƏR Bu xərclər dövlət hesabına qarşılanacaq

25 İyun 2026 10:01see200

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see190

Dünya bazarlarında WTI neftinin qiyməti 70 dollardan aşağı enib

25 İyun 2026 08:44see177

İraq OPEC dən kvotasının artırılmasını tələb edir, əks halda təşkilatdan çıxa bilər

25 İyun 2026 12:25see173

DİM iyulun 5 də imtahan keçirəcək

25 İyun 2026 12:27see171

Kreml Duma deputatlarının köməyi ilə səfərbərlik hazırlayır

25 İyun 2026 11:34see171

Murad Arifdən duyğulu etiraf: “Onun ilə birlikdə ağladım”

25 İyun 2026 12:26see171

AMEA nın Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

25 İyun 2026 12:27see170

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

25 İyun 2026 20:50see170

Həkimdən SOS: Bir qurtum su həyatınız üçün təhlükəli ola bilər

25 İyun 2026 12:26see170

100 yaşlı superfanat DÇ 2026 nın əsas ulduzuna çevrildi: Messi, mənimlə evlənərsən? VİDEO

25 İyun 2026 08:35see169

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see168

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see167

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see167

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see164

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri