Icma.az
close
up
RU
İsrail Trampın andiçmə mərasimindən əvvəl Qəzza və Livanı müzakirə etməyə hazır deyil “Reuters”

İsrail Trampın andiçmə mərasimindən əvvəl Qəzza və Livanı müzakirə etməyə hazır deyil “Reuters”

Icma.az, Bizimyol saytına istinadən bildirir.

İsrail ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə qədər Qəzza zolağı və Livandakı münaqişələrin həlli üçün ciddi addımlar atmaq niyyətində deyil.

Bizimyol.info xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Agetliyə məlumat verən mənbə bildirib ki, “sülh danışıqları aparmaq üçün aylarla Yaxın Şərqdə səyahət edən” yüksək rütbəli ABŞ rəsmiləri indi çox güman ki, israilli həmkarlarının 2025-ci ilin yanvarında Trampın andiçmə mərasimindən əvvəl “ciddi addımlar atmaq” istəməməsi ilə üzləşəcəklər. Agentlik qeyd edir ki, onun seçkilərdə qələbəsi ABŞ-ın hazırkı prezidenti Co Baydeni İsrail və münaqişənin digər tərəfləri üzərində təsir rıçaqlarından məhrum edə bilər.

Seçki kampaniyası zamanı Tramp qələbə qazanacağı təqdirdə Yaxın Şərqdəki xaosu dayandıra biləcəyini bəyan edib. Siyasətçi onu da qeyd edib ki, əgər o, Amerika administrasiyasına rəhbərlik etsəydi, regionda belə bir eskalasiya mümkünsüz olardı.

Oktyabrın 27-28-də Qətərdə İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri Devid Barnea və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin iştirakı ilə Qəzza zolağı ilə bağlı növbəti məsləhətləşmələr raundu keçirilib. İsrailin baş naziri Benyamin Netanyahunun mətbuat xidmətinin məlumatına görə, danışıqlarda əvvəlki təklifləri birləşdirən və regiondakı mövcud vəziyyəti nəzərə alan yeni plan müzakirə olunub.

"Axios" portalının verdiyi məlumata görə, Berns Qəzza zolağında 28 günlük atəşkəs və onlarla fələstinli məhbus üçün səkkiz girovun - 50 yaşdan yuxarı qadın və ya kişilərin dəyişdirilməsini nəzərdə tutan yeni atəşkəs formatı təklif edib.

Ötən il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə hücum edərək, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi, əsir və girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

Buna cavab olaraq İsrail Qəzzada HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək, oğurlananların hamısını azad etmək məqsədi ilə əməliyyat keçirib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Noyabr 2024 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri