Icma.az
close
up
RU
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı

İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sentyabrın 18-də Bakıda İsrail və Suriya nümayəndələri arasında görüş keçiriləcək. Görüşün əsas mövzusu iki ölkə arasında münasibətlərin normallaşdırılması və regional təhlükəsizlik məsələləri olacaq.

Milli Məclisin deputatı Musa Quliyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, İsrail və Suriya arasında danışıqların məhz Bakıda keçirilməsi Azərbaycanın artıq regional və beynəlxalq səviyyədə böyük nüfuza malik olduğunu göstərir:

"Bu, Azərbaycanın beynəlxalq oyunçu kimi sülh yaradan, barışdırıcı və diplomatik münasibətləri bərpa edən rolda çıxış etməsinin bariz nümunəsidir. Qeyd edim ki, İsraillə Suriya arasında münasibətlər həmişə gərgin olub. İsrail dövlətinin yaranmasından bu yana Suriya onu dövlət kimi tanımayıb. İki ölkə arasında diplomatik, iqtisadi və humanitar əlaqələr mövcud olmayıb. Yalnız bu ilin iyulunda Bakıda onların nümayəndələrinin ilk görüşü baş tutub. Bu, Azərbaycan Respublikasının və Prezidentinin təşəbbüsü ilə bölgədə sülh yaratmaq missiyasının inkişafının göstəricisidir”.

Deputat deyib ki, ikinci görüşdə əldə edilən istənilən razılaşma uğur hesab olunacaq:

"Bu razılaşmalar humanitar və mədəni əlaqələrin bərpası, iqtisadi münasibətlərin qurulması, ən əsası isə düşmənçiliyin aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə görüşlərin məhz Bakıda keçirilməsi, Azərbaycanın vasitəçi rolunda çıxış etməsi ölkəmizin bölgədə böyük nüfuza malik olduğunu bir daha sübut edir. Bununla yanaşı, Suriya ilə Azərbaycan arasındakı münasibətlər də getdikcə yaxşılaşır. Bəşər Əsədin hakimiyyəti dövründə iki ölkə münasibətləri yaxşı deyildi. Hətta düşmənçilik səviyyəsində idi. Həmin vaxt Suriya hökuməti Ermənistanı dəstəkləyirdi. İndiki hökumət isə Azərbaycanla dost münasibətlər qurmağa təşəbbüs göstərir və buna cəhd edir”.

Parlamentari qeyd edib ki, Azərbaycan İsrailin bölgədəki islam dövlətləri arasında ən etibarlı tərəfdaşıdır:

"İsrail də daim Azərbaycanı dəstəkləyib – istər Qarabağ müharibəsi, istərsə də torpaqlar işğal altında olduğu dövrdə Qarabağın Azərbaycan torpağı olduğunu açıq şəkildə ifadə edib. Bu baxımdan, Azərbaycanın İsraillə yaxşı münasibətlərə malik olması digər müsəlman dövlətləri ilə də mövcud konfliktlərin dialoq və danışıqlar yolu ilə ədalətli şəkildə həllinə töhfə verə bilər. Beləliklə, Suriya-İsrail danışıqlarının Bakıda keçirilməsi müsbət addım kimi qiymətləndirilir”.

Şahanə Ziyad

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 17 Sentyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri