İsrail yüksək rütbəli HƏMAS komandirlərini zərərsizləşdirdi
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının Xan Yunis şəhərinin humanitar zonasında keçirdiyi xüsusi əməliyyat nəticəsində Fələstinin HƏMAS hərəkatının bir neçə yüksək rütbəli komandirini zərərsziləşdirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirilməsi İdarəsi (COGAT) məlumat yayıb.
“HƏMAS humanitar zonadan terror fəaliyyətləri üçün istifadə etməkdə davam edir. Bu gün İsrail Müdafiə Qüvvələri Xan Yunis humanitar zonasında terror fəaliyyəti həyata keçirən yüksək səviyyəli HƏMAS terrorçularını zərərsizləşdirib. İkinci dərəcəli partlayışlar müəyyən edilib ki, bu da bu ərazidə silah-sursatın olduğunu göstərir”, - məlumatda qeyd edilib.
COGAT qeyd edib ki, İsrail hərbçiləri mülki şəxslərə zərər vurma riskini azaltmaq üçün bir sıra tədbirlər, o cümlədən dəqiq idarə olunan hərbi sursatlardan istifadə və hava kəşfiyyatı həyata keçirib.
Baxış sayı:182
Bu xəbər 05 Dekabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















