İsraildə bitkilərin dadını və qida dəyərini artıran üsul hazırlanıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 23 fevral, AZƏRTAC
İsrailli alimlər bitkilərdə tək bir genetik nəzarət nöqtəsini dəqiq tənzimləməklə daha ətirli, dadlı və qida dəyəri yüksək məhsullar əldə etməyin yolunu tapdıqlarını açıqlayıblar.
AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqat Yerusəlim Yəhudi Universitetinin alimləri tərəfindən aparılıb. Araşdırmaya görə, alimlər bitkinin genlərinə kənardan heç bir DNT əlavə etmədən onun keyfiyyətini yaxşılaşdıra biliblər. Onlar xüsusi “CRISPR” üsulu ilə bitkidə müəyyən bir fermentin fəaliyyətini zəiflədərək ətir, dad və faydalı xüsusiyyətlərə cavabdeh maddələrin miqdarını artırıblar.
Təcrübələr petuniya və kahı üzərində aparılıb. Nəticədə çiçəklərdə daha güclü ətir və iri ölçü, kahıda isə daha yüksək antioksidan səviyyəsi müşahidə olunub.
Tədqiqatçılar bildirirlər ki, bu yanaşma gələcəkdə daha keyfiyyətli və sağlam meyvə-tərəvəzlərin istehsalına imkan verə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 23 Fevral 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















