Kəpəz də 6 həftəlik zədə, 11 həftəlik müəmmа: Verdaska niyə oynamır?
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Kəpəz"də Dioqo Verdaska məsələsi getdikcə müəmmalı xarakter alır.
Mövsümün əvvəlində komandanın müdafiə xəttində yer alan 29 yaşlı portuqaliyalı futbolçu artıq uzun müddətdir yaşıl meydanlardan uzaqdır. Ancaq onun nə vaxt qayıdacağı, hazırda hansı vəziyyətdə olduğu ilə bağlı suallar hələ də cavabsız qalır.
Sentyabrın əvvəlində Verdaskanın zədələnmədiyini, məşqçilər heyətinin qərarı ilə komandadan kənarlaşdırıldığını yazmışdıq. "Kəpəz" isə bu məlumatdan sonra futbolçunun tibbi müayinəsinin nəticələrini ictimaiyyətə açıqladı. Klub sentyabrın 10-da müdafiəçinin zədə səbəbindən altı həftəlik sıradan çıxdığını bildirdi. Beləliklə, məsələ aydınlaşmış kimi görünürdü.
Amma aradan keçən müddət göstərir ki, hər şey heç də klubun açıqladığı qədər sadə deyil.
Baş məşqçi Azər Məmmədov oktyabrın 18-də, VIII turda "Zirə" ilə oyundan sonra keçirilən mətbuat konfransında Verdaskanın komanda ilə məşqlərə qayıtmasına az qaldığını söylədi. Cəmi üç gün sonra isə futbolçunun özü sosial şəbəkə hesabında komanda ilə məşqdən fotolar paylaşdı. Deməli, ən azı həmin vaxt onun kollektivlə məşq prosesində iştirak etdiyi görünürdü.
İndi isə təqvimə baxaq. Sentyabrın 10-da açıqlanan altı həftəlik müddətdən xeyli vaxt keçib. Artıq 11-ci həftədir ki, Verdaska meydanlarda yoxdur. Bəs nə baş verib? Futbolçu məşqlərə qayıdıbsa, niyə oyunlarda görünmür? Sağlamlıq vəziyyəti yenidən pisləşib? Yoxsa baş məşqçinin onunla bağlı başqa planları var?
"Kəpəz" rəhbərliyinə xatırladaq ki, söhbət sıradan bir futbolçudan yox, klubun aparıcı üzvündən gedir. Azarkeşin də, medianın da onun taleyi ilə maraqlanması tamamilə təbiidir. Klub futbolçunun tibbi müayinəsinin nəticələrini açıqlamağı bacarıbsa, indiki vəziyyətlə bağlı da ictimaiyyətə məlumat verməlidir.
Altı həftə dediniz, artıq 11 həftə keçib. Dioqo Verdaska haradadır?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 26 Noyabr 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















