Icma.az
close
up
RU
Avropaya vizasız səfər Azərbaycan üçün strateji hədəfdir Azər Allahverənov

Avropaya vizasız səfər Azərbaycan üçün strateji hədəfdir Azər Allahverənov

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Təkcə Litvanın dəstəyi yetərli deyil, qarşıda siyasi və hüquqi maneələr var

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan üçün Avropa İttifaqı (Aİ) ölkələri ilə viza prosedurlarının sadələşdirilməsinin və viza rejiminin liberallaşdırılmasının prioritet məsələlərdən biri olduğunu bildirib.

Nazir litvalı həmkarı Kestutis Budrislə birgə keçirdiyi mətbuat konfransında Azərbaycanın Aİ ilə viza rejiminin liberallaşdırılmasında maraqlı olduğunu vurğulayıb. O, Litvanın bu istiqamətdə Azərbaycana dəstək ifadə etməsini müsbət qiymətləndirib.

C.Bayramov qeyd edib ki, Azərbaycan son illərdə bir sıra ölkələrlə qarşılıqlı viza rejiminin liberallaşdırılması istiqamətində addımlar atıb və bunun müsbət nəticələrini əldə edib. Onun sözlərinə görə, Aİ ilə də oxşar mexanizmin tətbiqi Bakı üçün vacib və arzuolunandır.

Nazir bildirib ki, Azərbaycan vətəndaşları turizm, təhsil və biznes məqsədilə Avropa ölkələrinə mütəmadi səfərlər edirlər. Viza prosedurlarının sadələşdirilməsi isə bu əlaqələrin genişlənməsinə, qarşılıqlı səfərlərin asanlaşmasına və yeni imkanların yaranmasına şərait yaradacaq.

C.Bayramov, həmçinin Azərbaycanın viza məhdudiyyətlərinin qarşılıqlı şəkildə aradan qaldırılmasına hazır olduğunu diqqətə çatdırıb. O xatırladıb ki, hazırda bir sıra Avropa ölkələrinin vətəndaşları Azərbaycana səfər etmək üçün “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada, sadələşdirilmiş prosedurla viza əldə edə bilirlər. Nazir Azərbaycanın da analoji yanaşmanın tətbiqində maraqlı olduğunu vurğulayıb.

Milli Məclisin deputatı, Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması perspektivləri müsbət qiymətləndirilməlidir. Onun sözlərinə görə, bu məsələ uzun müddətdir müzakirə olunur və artıq müvafiq hüquqi bazası da formalaşıb:

“Aİ ilə viza rejiminin liberallaşdırılması bir çox dövlətlər üçün strateji əhəmiyyət daşıyır və bu, yalnız vətəndaşların sərbəst gediş-gəlişinin asanlaşdırılması ilə məhdudlaşmır. Litvanın baş nazirinin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi görüşlərdə də Azərbaycan-Aİ münasibətlərinin inkişafı, qarşılıqlı etimadın möhkəmləndirilməsi, siyasi dialoqun və humanitar əlaqələrin genişləndirilməsi əsas müzakirə istiqamətlərindən olub. Viza prosedurlarının sadələşdirilməsi də məhz bu əməkdaşlığın dərinləşdirilməsinə xidmət edən mühüm amillərdən biridir. Bu addım Azərbaycanla Avropa ölkələri arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı təmasların və müxtəlif sahələrdə əməkdaşlığın intensivləşməsinə müsbət təsir göstərə bilər”.

Deputat əlavə edib ki, bu məsələdə Litvanın Avropa İttifaqındakı siyasi mövqeyi və təsir imkanları da xüsusi əhəmiyyət daşıyır:

“Litvanın Aİ daxilində mövqeyinin güclənməsi Azərbaycan üçün bu ölkə ilə əməkdaşlığı daha da dərinləşdirmək baxımından əlavə imkanlar yaradır.

Litva 2027-ci ilin ilk yarısında Avropa İttifaqı Şurasına sədrlik edəcək. Bu dövrdə Avropa gündəliyinə çıxarılacaq məsələlərdə Litvanın da mühüm rolu olacaq. Litvanın Aİ gündəliyindəki məsələlərə təsir imkanlarından Azərbaycanın maraqları naminə istifadə olunması vacibdir. Bu baxımdan, rəsmi Vilnüsün Bakı ilə Aİ arasında münasibətlərin inkişafına, xüsusilə də viza siyasətinin liberallaşdırılmasına dəstəyi müsbət fürsət kimi qiymətləndirilə bilər. Litvanın dəstəyi Azərbaycanla Avropa İttifaqı arasında siyasi dialoqun genişlənməsinə və viza məsələsinin qarşılıqlı əməkdaşlıq çərçivəsində irəliləməsinə töhfə verə bilər.

Azərbaycan-Litva münasibətlərində formalaşmış strateji tərəfdaşlıq əlaqələri Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycan Aİ ilə enerji təhlükəsizliyi, nəqliyyat-logistika bağlantıları və digər istiqamətlərdə sıx əməkdaşlıq edir. Ayrı-ayrı Avropa dövlətlərinin bu sahələrdə Azərbaycanla tərəfdaşlığı isə münasibətlərin daha geniş müstəvidə inkişafına zəmin yaradır. Litva ilə mövcud strateji tərəfdaşlıq əlaqələri də bu prosesə müsbət təsir göstərə bilər.

Litvanın xarici işlər naziri Kestutis Budris ölkəsinin 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcəyi dövrdə Azərbaycan-Aİ münasibətlərinin inkişafına dəstək verəcəyini bəyan edib. Eyni zamanda, Litvanın Azərbaycanın NATO ilə əlaqələrinin genişləndirilməsini dəstəkləməsi də mühüm siyasi mesajdır.

Tərəflər arasında siyasi dəstəyin yüksək səviyyədə ifadə olunması ilə yanaşı, ticarət dövriyyəsinin artırılması, energetika və bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri də diqqət mərkəzindədir. Bütün bu istiqamətlərdə əlaqələrin inkişafı Azərbaycanla Avropa İttifaqı arasında viza prosedurlarının sadələşdirilməsi və liberallaşdırılması məsələsini daha da aktuallaşdırır”.

Deputat viza məsələsinin hüquqi əsaslarına da diqqət çəkərək bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında bu sahədə artıq bir sıra mühüm sazişlər imzalanıb və müvafiq əməkdaşlıq mexanizmləri formalaşdırılıb:

“2013-cü ildə tərəflər arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb və sənəd 2014-cü ilin sentyabrından qüvvəyə minib. Bununla yanaşı, Azərbaycanla Aİ arasında qanunsuz miqrasiya yolu ilə digər tərəfin ərazisində olan şəxslərin geri qaytarılmasını nəzərdə tutan Readmissiya Sazişi də qüvvədədir. 2013-cü ildən Azərbaycanla Avropa İttifaqı arasında Mobillik Tərəfdaşlığı mexanizmi də mövcuddur.

Bu hüquqi və institusional əməkdaşlıq bazası viza prosedurlarının daha da sadələşdirilməsini, gələcəkdə isə vizasız gediş-gəlişi nəzərdə tutan daha geniş liberallaşma prosesinin həyata keçirilməsini gündəmə gətirir. Mövcud hüquqi bazaya və əməkdaşlıq təcrübəsinə baxmayaraq, viza prosedurlarının daha da sadələşdirilməsinə, gələcəkdə isə vizasız gediş-gəliş imkanlarının müzakirəsinə ehtiyac var”.

A.Allahverənov xüsusilə vurğulayıb ki, viza rejiminin sadələşdirilməsi ilə vizasız gediş-gəliş eyni anlayışlar deyil. Onun sözlərinə görə, vizasız rejim vətəndaşların viza almadan, etibarlı pasport əsasında Avropa İttifaqı ərazisinə səfər etməsini nəzərdə tutur:

“Viza prosedurlarının sadələşdirilməsi isə müraciət prosesinin asanlaşdırılması, viza rüsumları üzrə güzəştlərin tətbiqi, maliyyə təminatına dair tələblərin və digər prosedurların daha əlverişli şərtlərlə tənzimlənməsi deməkdir. Hazırkı mərhələdə əsas diqqət viza prosedurlarının daha çevik və əlçatan olmasına yönəldilməlidir. Vizasız gediş-gəliş perspektivini Azərbaycan üçün uzunmüddətli strateji hədəf kimi nəzərdən keçirmək olar. Lakin bu mərhələyə çatmaq üçün əvvəlcə bir sıra siyasi, hüquqi və texniki tələblərin yerinə yetirilməsi vacibdir.

Prosesdə siyasi və institusional şərtlər, ilk növbədə, Azərbaycanla Avropa İttifaqı arasında siyasi dialoqun və qarşılıqlı etimadın gücləndirilməsini tələb edir. Eyni zamanda, bu istiqamətdə Aİ-yə üzv dövlətlərin də siyasi dəstəyi mühüm əhəmiyyət daşıyır. Miqrasiya və təhlükəsizlik məsələləri, insan hüquqları və digər institusional tələblər Avropa İttifaqının viza siyasətində daim diqqətdə saxladığı məsələlərdəndir. Bu meyarlar Aİ-nin müxtəlif dövlətlərlə münasibətlərində gündəmə gətirilir və viza rejiminin liberallaşdırılması prosesində də nəzərə alınır. Tərəflər arasında qarşılıqlı etimadın möhkəmlənməsi bu məsələlərin həllini asanlaşdıra bilər. Lakin qeyd etdiyim kimi, vizasız rejimə keçidlə müqayisədə viza prosedurlarının sadələşdirilməsi və liberallaşdırılması daha yaxın perspektivdə reallaşdırılması mümkün olan hədəfdir”.

A.Allahverənov əlavə edib ki, viza rejiminin liberallaşdırılması prosesində texniki və təhlükəsizlik məsələləri də xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, xüsusilə qanunsuz miqrasiya riskləri və digər təhlükəsizlik amilləri Avropa İttifaqının viza siyasətində daim nəzərə alınan məsələlərdəndir:

“Azərbaycanla Aİ arasında enerji təhlükəsizliyi əsasında formalaşan strateji tərəfdaşlığın digər sahələrdə də genişləndirilməsinə ehtiyac var. Bu əməkdaşlıq təhsil, iqtisadiyyat, turizm və humanitar əlaqələri də əhatə etməlidir. Viza prosedurlarının sadələşdirilməsi isə məhz həmin istiqamətlərdə qarşılıqlı təmasların və əməkdaşlığın genişlənməsinə əlavə imkanlar yarada bilər. Litvanın Avropa İttifaqı Şurasına sədrliyi dövründə bu istiqamətdə müəyyən irəliləyişlərə nail olmaq mümkündür. Lakin bunun üçün təkcə Litvanın dəstəyi kifayət etmir. Aİ-yə üzv dövlətlərin vahid mövqedən çıxış etməsi və prosesə konsolidə olunmuş dəstək göstərməsi vacibdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Noyabr 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see466

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see373

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see370

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see342

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see339

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see329

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see329

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see325

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see321

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see306

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see298

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see295

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see280

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see280

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see272

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see267

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see266

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see264

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri