Icma.az
close
up
RU
İştahasız uşaq. SƏBƏBLƏR VƏ PROBLEMİN HƏLLİ

İştahasız uşaq. SƏBƏBLƏR VƏ PROBLEMİN HƏLLİ

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İştah nədir? Bu insanda ac olduğu zaman yemək yeməyə olan həvəsidir.

Tam nevroloji sağlam uşaqlarda iştahasızlıq 25%, nevroloji problemi olan uşaqlarda isə 80% hallarda rast gələ bilir. Aşırı iştahasızlıq anoreksiya adlanır. Uşaqlarda ən çox 6-36 ay arasında rast gəlinir.

İştahasızlıq - uşağın böyümə və inkişafı üçün lazım olan qidalardan hər hansı səbəbə görə imtina etməsidir. Bəs bu səbəblər nədir? Ümumiyyətlə uşaqlarda 1-2 % hallarında ciddi iştahasızlıq səbəbləri vardır.

Risk faktorları bunlardır:

- vaxtından əvvəl doğulma

- ailədə ilk uşaq

- nevroloji və və ya anatomik problemlərin olması

- işləyən ana-atanın olması

- düzgün olmayan qidalanma

- baxımın düzgün olmaması

- ailə içi psixoloji problemlərin olması.

İştahasızlıq səbəbləri bu cür sıralamaq olar: orqanik, psixoloji, qidalandırma xətaları.

Orqanik: İştahasızlığın səbəbi mədə-bağırsaq sisteminin xəstəlikləri (kəskin qastroenterit, ishal, qastroezofaqal reflü və s.), onların patologiyaları ola bilər. Məsələn, udma aktının normal olmaması, ağızda yaraların və çürük dişlərin olması və s.

Xroniki xəstəlikər, məsələn vərəm zamanı uşaqda iştahasızlıq ola bilər.

Uşaqda dəmir defisitli anemiyalar zamanı "grelin" adlı maddənin sintezinin pozulması nəticəsində iştahasızlıq əmələ gəlir. Bu defisiti aradan qaldırdıqda isə iştahasızlıq şikayəti də aradan qalxmış olur.

Psixoloji: Qidalanmaya təsir edən hər hansı bir mental xəstləliklər (autizim, bəzi psixi xəstəliklər).

Qidalandırma xətaları: Sadə də olsa bəzi səbəblər vardır ki, onlar məhz iştahsızlığı yarada bilər. Məsələn, ananın uşağı zorla yedirtməsi, daima onun ağzının kobud şəkildə silinməsi, vaxtından əvvəl qatı qidalara başlanması, aşırı cəza verilməsi və ya qiymətləndirilməsi.

Uşaq tərəfdən hansı səbəblər ola bilər:

- hələ bu kimi qidalanma üçün tam inkişaf etməməsi,

- "neofobi" - hər hansı yeni qidanı qəbul etməkdən imtina,

- travmatik qida verdikdən sonra uşaqda əmələ gələn qaşıq qorxusu,

- uşağın hədsiz dərəcədə aktiv və ya fikrinin dağınıq olması.

Ümumiyyətlə yemək verən zaman uşağa görə davranmaq lazımdı. Belə ki, adi uşaqda bu şikayətlər yoxdur. Onlar aktivdirlər  və xəstələndikdə və ya hər hansı narahatçılıqları olan zaman iştahasızdırlar.

Çox hərəkətli uşaq. Onlar gün ərzində 2 dəfə yaxşı yeyib sonrakı hallarda isə az yeyirlər. Buna görə narahat olmaq lazım deyil.

Çox qapalı uşaqlar isə sevdikləri tərəfindən yedizdirilmələrini istərlər və qidaya qarşı çox seçicidirlər.

Diqqət əksikliyi olan uşaqlar. Onlar səssiz və sakit şəraitdə yeməyi sevirlər.

Əgər uşaq yeməyə qarşı seçicidirsə, onun da dərmanı yoxdur.

Bundan başqa uşaqlarda iştahasızlığa səbəb kimi səliqəsiz yemək yemə, televizorla yedirtmə, səs-küylü şərait, yeməyin hədsiz duzlu, istiotlu olması, böyük qaşıqla, kobud yedirdilməsi və s. göstərilir.

Uşaqda əlavə qidaya keçən zaman mütləq oturma, udma, bağını dik tutma kimi funksiyaları yerinə yetirməlidir.

1 yaşa kimi uşaqlarda son illərdə "neofobi" deyilən bir hal qeyd edilir. Hansı ki, bu halda yeni qidaları uşaq qəbul etmir və ya etmək istəmir. Bu haldan qorxmaq lazım deyil. Zamanla uşaq bu hala alışacaqdır.

Uşağın boyu və çəkisi normalara uyğundursa, o zaman uşağın yediyi ona yetir. Ümumiyyətlə yersiz verilən vitaminlərdən qaçmaq lazımdır. Belə ki, bu zaman onların toksiki təsiri də qeyd edilir. Bundan əlavə fol turşusu və niasin preparatlarının verilməsi də uşağın iştahanı normallaşdıra bilər. Lakin sonradan yenə əvvəlki vəziyyətə qayıdacaq.

Sizin uşaqlara sevə-sevə verdiyiniz vitaminlər ağır xərçəng xəstəliyi zamanı əmələ gələn kaxeksiya üçün nəzərdə tutulmuşdur. Məsələn, omega3,  siproheptadin, megestral asetat və s. kimi tərkibli  dərmanlar bu siyahıya aiddir.

Niasin adlı "iştaha açıcı" dərmanın isə çox istifadə edildikdə uşaqda 2-ci tip şəkərli diabetin əmələ gəldiyi sübuta yetirilib.

İştaha açıcı qidalara acı bibər, istiot, adaçayı, nanə, darçın, qırmızı bibər aiddir.

Uşaqlarda iştahasızlıq olduqda mütləq 1-ci növbədə orqanik və psixolojik səbəblər aradan qaldırılmalıdır. Əgər bu səbəblər qeyd edilmirsə, onda digər səbəblərini araşdırmaq və aradan qaldırmaq lazımdır. İşatahaaçıcı dərmanlardan istifadə edilməməlidir!!!

Dr. Gülnar Abdullayeva

Pediatr

.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see909

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see371

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see327

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see314

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see291

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see283

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see246

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see245

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see226

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see209

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see208

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see206

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see205

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see198

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see192

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see192

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see192

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see179

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri