Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

İstanbul dünyada həm də küçə pişikləri ilə tanınır FOTOLAR

İstanbul dünyada həm də küçə pişikləri ilə tanınır FOTOLAR

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İstanbul deyəndə ilk olaraq Bosfor, Ayasofya, Qız qalası, İstiqlal küçəsinin qırmızı tramvayı və Qalata qülləsi yada düşür. Bərə səfərləri zamanı qağayıları simitlə yemləmək də şəhərin gündəlik həyatının sevilən ənənələrindəndir. Lakin İstanbulun özünəməxsus simasını tamamlayan daha bir xüsusiyyət var: şəhərin küçələrində yaşayan pişiklər.

Bakıvaxtı.az xəbər verir ki, əsrlərdir İstanbul həyatının bir hissəsi olan pişiklər bu gün şəhərin tanınmış simalarından birinə çevrilib. Son illərdə sosial şəbəkələrdə yayılan foto və videolar onların şöhrətini şəhər sərhədlərindən kənara daşıyıb. #CatsOfIstanbul və #İstanbulCats həştəqləri altında paylaşılan görüntülər İstanbul pişiklərinin dünyanın müxtəlif yerlərindən insanların diqqətini cəlb etdiyini göstərir.

İstanbulun pişikləri niyə bu qədər sevilir?

İstanbulda pişiklərlə bağlı maraqlı mənzərələrə tez-tez rast gəlmək mümkündür. Türkiyədə nümayiş yürüşü zamanı Formula 1® avtomobilinin qarşısındakı trasa çıxan, UEFA finalından əvvəl meydana daxil olan, konsert və teatr tamaşalarında görünən pişiklərin görüntüləri sosial şəbəkələrdə geniş maraq doğurub. Metro stansiyalarında, bərə terminallarında və şəhərin küçələrində sərnişinlərin yanında əyləşən pişiklər isə İstanbulun gündəlik həyatının adi mənzərələrindəndir.

8 avqust - Beynəlxalq Pişiklər Günü ərəfəsində İstanbul insanlarla pişiklər arasında formalaşmış xüsusi münasibəti ilə diqqət çəkir. Türkiyədə pişiklər uzun illərdir şəhər həyatının bir hissəsi kimi qəbul edilir. Xüsusilə İstanbulda onlar sadəcə ev heyvanı deyil, məhəllələrin tanınan sakinləri və şəhərin özünəməxsus simasının bir parçasıdır. Bu münasibət İstanbula “pişiklərin hökm sürdüyü şəhər” kimi sevimli bir ad da qazandırıb.

Sosial şəbəkələr isə İstanbul pişiklərinin dünyada tanınmasında mühüm rol oynayır. Səyahət qərarlarında sosial medianın təsiri artdıqca, insanların getdikləri şəhərlərdə real və yerli təcrübələrə marağı da güclənir. Araşdırmalara əsasən, Z nəslinin səyahət edən nümayəndələrinin 59 faizi səyahət ideyaları üçün Instagram-a, 54 faizi YouTube-a, 47 faizi isə TikTok-a müraciət edir. İstanbulun küçə pişikləri də bu platformalarda paylaşılan foto və videolar vasitəsilə şəhərin tanıdılmasına töhfə verir.

İstanbulda pişiklərlə qarşılaşmaq üçün xüsusi ünvan axtarmağa ehtiyac yoxdur. Sultanahmet meydanı, Topqapı sarayının bağları və İstanbul Arxeologiya Muzeyləri ətrafından tutmuş şəhərin müxtəlif küçə və meydanlarına qədər pişiklərə rast gəlmək mümkündür.

Pişiklər Türkiyənin məscidlərində də uzun illərdir qorunur və sevilir. Buna görə Ayasofya və Göy məsciddə dincələn və ya ətrafda gəzən pişiklərə rast gəlmək təəccüblü deyil. Misir Çarşısı, Eminönü, Fənər, Balat, Beyoğlu, Qalata, Cihangir, Beşiktaş, Kadıköy, Ortaköy, Moda və Kuzguncuq da pişiklərlə qarşılaşa biləcəyiniz məkanlar sırasındadır.

İstanbulun pişiklərlə bağlı zəngin tarixi hətta muzeylərdə də əks olunur. Qalatada yerləşən Cat Museum Istanbul pişiklərə həsr olunan sənət nümunələri və sərgilərlə şəhərin pişiklərlə əsrlərdir davam edən münasibətini təqdim edir, eyni zamanda küçə heyvanlarına dəstək göstərir.

İstanbul küçə pişikləri ilə dünyada ən çox tanınan şəhərlərdən biri olsa da, Türkiyənin digər bölgələrində də pişiklər gündəlik həyatın bir hissəsidir. Efes Qədim Şəhəri və Aspendos Qədim Teatrı kimi tarixi məkanlardan sahil şəhərlərinə və böyük şəhərlərin küçələrinə qədər pişiklər ölkənin bir çox turizm məkanında ziyarətçilərin qarşısına çıxır.

Beynəlxalq Pişiklər Günü münasibətilə Türkiyəni fərqli tərəfdən kəşf etmək mümkündür. Çünki bəzən səyahətin ən yaddaqalan anları məşhur turizm məkanlarında deyil, küçədə qarşılaşdığınız mehriban bir pişiyin yaratdığı sadə və xoş anlarda gizlənir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Avqust 2026 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri