Icma.az
close
up
RU
İstanbul görüşündən gözləntilər: Tamam, ya davam?

İstanbul görüşündən gözləntilər: Tamam, ya davam?

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Ankarada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə keçiriləcək mümkün görüşdən nəticə gözləyir. O, bu barədə keçirdiyi mətbuat konfransında bildirib.

Zelenskinin sözlərinə görə, əsas nəticə müharibənin başa çatması və buna doğru ilk addım atəşkəsin əldə olunmasıdır.

"Gəlin bunu edək. Mən Türkiyədə olacağam. Prezident Ərdoğan (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan) olacaq. Hamı Rusiya lideri ilə görüşə hazırdır – istər Ankarada, istər İstanbulda. Üstəlik, bu, onun təşəbbüsü olub", - V.Zelenski qeyd edib.

O bildirib ki, Rusiyadan birbaşa danışıqlarla bağlı siqnal daxil olub. Eyni zamanda, ABŞ Rusiya və Ukrayna liderləri arasında dialoqun başlanmasını dəstəkləyib. V.Zelenski Vaşinqtonun ideyasını dəstəklədiyini qeyd edib.

Ukrayna Prezidenti vurğulayıb ki, əgər Putin atəşkəsə hazır olduğunu ifadə etsə, bu müharibənin başa çatmasının bütün digər elementlərinin müzakirəsi üçün yol açacaq.

Zelenski vurğulayıb ki, əgər Putin atəşkəsə hazır olduğunu bildirsə, bu, müharibənin başa çatmasının bütün digər elementlərinin müzakirəsinə yol açacaq.

Məlum olduğu kimi, sabah İstanbulda Türkiyə, Rusiya və Ukrayna arasında ən ali səviyyədə görüş keçirilməsi nəzərdə tutulur. Həmçinin ABŞ Prezidenti Donald Trampın da İstanbula gedəcəyi ehtimal edilir.

Əslində müzakirələrdə ciddi nəticələrin əldə olunması ehtimalı heç də az deyil. Çünki burada yalnız tərəflər deyil, eyni zamanda münaqişənin gedişatına yön verə biləcək dörd əsas güc – Rusiya, Ukrayna, Türkiyə və ABŞ liderləri bir araya gələcəklər. Bu, indiyə qədərki diplomatik cəhdlər arasında ən genişmiqyaslı və potensial baxımından əhəmiyyətli olanıdır. Amma əsas sual hələ də açıq qalır: atəşkəs əldə olunacaqmı?

Bu suala birmənalı cavab vermək çətindir. Problem ondadır ki, bütün beynəlxalq sistem Rusiya-Ukrayna münaqişəsinin həllinə eyni prizmadan yanaşmır. Xüsusilə də Avropa paytaxtları ilə Vaşinqton arasında ciddi baxış fərqləri mövcuddur. ABŞ müharibənin müəyyən mərhələdə dayandırılması və diplomatik tənzimləmə yoluna keçilməsində maraqlıdır. Çünki qarşıdan gələn seçkilər, daxili təzyiqlər və qlobal güc balansındakı dəyişikliklər buna zərurət yaradır.

Avropa fərqli düşünür, Brüsseldə və digər paytaxtlarda narahatlıq var:

Onlar müharibənin tezliklə dayanacağı halda Rusiyanın özünü qalib kimi hiss edəcəyindən narahatdırlar. Bu isə psixoloji üstünlüyün bərpası, Kreml üçün yeni strateji ambisiyaların yaranması deməkdir. Avropanın bəzi dairələrinin bu ssenaridən ehtiyat edərək Ukraynaya dəstəyi artırmaqla və Rusiyaya qarşı sanksiyaları dərinləşdirməklə müharibənin mümkün qədər uzanmasına cəhd göstərməsi gözləniləndir.

Bu isə əslində, Kreml ilə Kiyev arasında yaranmaqda olan tarazlığı poza bilər. İndiki məqamda tərəflər müəyyən diplomatik güzəştlərə getməyə daha açıq görünürlər. Savaş uzandıqca tərəflər yalnız hərbi resurslarını deyil, siyasi manevr imkanlarını da itirirlər. Bu baxımdan İstanbul görüşü onlar üçün nadir tarazlıq nöqtəsi yarada bilər. Əgər bu fürsət qaçırılarsa, növbəti diplomatik kanalın nə zaman və harada açılacağı sual altına düşür.

Burada ən təhlükəli məqamlardan biri kənardan gələn təzyiqlər nəticəsində Ukrayna və Rusiya üçün hazırda açıq olan real danışıqlar pəncərəsinin bağlanmasıdır. Həm Vaşinqton, həm də Ankara bu mənada kritik vasitəçilik rolu oynayır. Türkiyə artıq uzun müddətdir regionda balanslaşdırıcı güc kimi çıxış edir. ABŞ isə Prezident Donald Tramp administrasiyasının rəhbərliyi ilə bu prosesi daha konkret və praqmatik nəticələrə yönəltmək niyyətində görünür.

Əgər Moskva və Kiyev bu reallığı düzgün dəyərləndirməsələr, onlar üçün yaranmış çox nadir bir fürsət əldən gedə bilər. O halda müharibənin yeni, daha sərt fazaya keçməsi ehtimalı da istisna olunmur.

İstanbul masası sadəcə bir görüş nöqtəsi deyil, böyük geosiyasi sualların cavablandırılacağı yer ola bilər. Amma bu, yalnız o halda baş verər ki, tərəflər oyunun qaydalarını yazmaq istəyənlərin deyil, öz xalqlarının və regionun gələcəyinin diktəsi ilə hərəkət etsinlər.

Onu da deyək ki, anda Trampın və ya Putinin görüşdən imtina etməsi mümkündür.

Siyasi şərhçi Kənan Novruzov,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://sitat.info
archiveBu xəbər 14 May 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri