Icma.az
close
up
RU
“İstanbul masası” genişlənir

“İstanbul masası” genişlənir

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa danışıqlar prosesinə daxil olur

Rusiya ilə Ukrayna arasında üç ildən çox davam edən müharibə atəşkəsöncəsi intervala daxil ola bilər. Son aylarda aktiv fazaya qədəm qoyan hərbi qarşıdurma nəticəsində hər iki tərəf çoxsaylı itki verib - bunların arasında həm mülki vətəndaşlar, həm də əsgəri qüvvə var. Paralel olaraq hər iki tərəf həm də texniki qüvvə baxımından gün ərzində xeyli itkilər verməkdədir. Lakin son zamanlar münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar, xüsusilə ABŞ və Türkiyənin vasitəçiliyi ilə intensiv diplomatik təmaslar formalaşıb. Bu isə özlüyündə müharibənin başa çatacağına ümidlər yaradıb. Hər iki tərəf döyüş əməliyyatlarının dayandırılması və cəbhə xətti boyunca atəşkəsin təmin olunması üçün memorandumun tərtibatı üzərində işləyir. Belə ki, Qərb və rus KİV-nin məlumatına görə, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndələrinin növbəti görüşü baş tuta bilər. Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə açıqlamasında bildirib ki, Tramp administrasiyası gələn həftə İstanbulda Rusiya və Ukrayna arasında danışıqların bərpasına ümid edir. Livitt vurğulayıb ki, Tramp hər iki tərəfi dialoqa və birbaşa danışıqlara sövq etmək üçün səylərini davam etdirəcək. ABŞ rəsmisi, həmçinin qeyd edib ki, Vaşinqton danışıqlarda iştirak etmək üçün Türkiyəyə nümayəndə heyəti göndərməyəcək. Ukraynada səfərdə olan Türkiyənin XİN rəhbəri Hakan Fidan isə həmkarı Andrey Sibiqa ilə birgə mətbuat konfransında bəyan edib ki, İstanbulda planlaşdırılan danışıqlar sülh prosesini irəli aparacaq - o,  Ukraynada müharibənin bu ilin sonunadək başa çatmasının mümkün olduğunu deyib.

“Avropalılar” da İstanbula gələcək

Amerikanın “ABC News” telekanalının məlumatına görə, iyunun 2-də İstanbulda planlaşdırılan danışıqlarda Almaniya, Fransa və Böyük Britaniyanın təhlükəsizlik üzrə müşavirləri də iştirak edəcəklər.  Qeyd etmək lazımdır ki, mayın 29-da Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak ilə Böyük Britaniya, Almaniya, Fransa və İtaliya liderlərinin müşavirləri arasında telefon danışığı baş tutub. “İnterfaks-Ukrayna” agentliyi xəbər verir ki, Yermak Böyük Britaniya Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell, Almaniya kanslerinin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Günter Zautter, Fransa Prezidentinin diplomatik müşaviri Emmanuel Bonn və İtaliya baş nazirinin diplomatik müşaviri Pietro Karini ilə söhbətində yekun sülh üçün atılacaq addımlar, diplomatik səylərin koordinasiyası, Rusiya tərəfi ilə danışıqlar prosesi çərçivəsində növbəti görüşə dair müzakirələr aparıb.

Müharibə bitsə... Güc balansı yenidən qurulacaq

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə açıqlamasında avropalı rəsmilərin danışıqlar masasına dəvət olunmasının prosesə müsbət təsir göstərə biləcəyini deyib. “Müharibənin başa çatması üçün danışıqlar prosesində ABŞ, Rusiya və Ukrayna ilə yanaşı, Avropa İttifaqı, o cümlədən Böyük Britaniya, Fransa və Almaniyanın da iştirakı labüddür. Çünki danışıqlar masasında Ukraynanın taleyi ilə yanaşı, Şərqi Avropa regionunda geosiyasi müstəvidə mövqelərin bölüşdürülməsi və güc balansının müəyyən olunması ilə bağlı məsələlər də diqqət mərkəzində olacaq. Ukrayna münaqişəsi ətrafında aparılan hazırkı proses məhz buna hesablanıb. Bir müddət əvvəl ABŞ ilə Rusiya danışıqları birbaşa öz aralarında aparmaqla Avropa İttifaqını prosesdən kənarda qoymuşdu - bu isə Aİ-ni və Avropa ölkələrini ciddi narahat edirdi.  Avropa anlayır ki, Ukrayna müharibəsinə onların fikri nəzərə alınmadan son qoyularsa,  bu, kontingentin mövqelərinin zəifləməsi ilə nəticələnəcək”,- deyə A.Nərimanlı vurğulayıb. Ekspert əlavə edib ki, Avropa ölkələri danışıqlarda iştirakçı olmayacaqları təqdirdə, Ukraynanın Rusiya ilə mübarizəsinin davam edəcəyi şübhəsizdir.

Ortaq məxrəc əldə olunmur

“Əgər İstanbulda növbəti görüş baş tutacaqsa, bu görüşdə hər iki münaqişə tərəfi bir-birinə öz memorandumunu təqdim edəcək. Növbəti görüşün mahiyyəti məhz bu memarandumlardır. O ki qaldı,  ortaq məxrəcə gəlinməsinə, bu, hələ qeyri-mümkün görünür. Həm Ukraynanın, həm də Rusiyanın şərtləri bəllidir və bir-biri ilə ziddiyyət təşkil edir. Rusiya daha sərt tələblər irəli sürür. Moskva Ukraynanı öz ərazilərindən imtina etməyə vadar edir. Ukrayna isə tələblərindən geri çəkilmir. Qərbin Ukraynaya hərbi və maliyyə dəstəyinin davam edəcəyi təqdirdə Kiyev asanlıqla güzəştə getməyəcək. Düzdür, ABŞ hazırda əvvəlki dövrlərdə olduğu kimi Kiyevə güclü hərbi dəstək göstərmir və bu da Ukraynanı müqavimət imkanlarını məhdudlaşdırır. Amma sülh danışıqları başlamayana qədər mübaribə davam edir və döyüşlərdə hər iki tərəfin müqavimət gücü ortaya çıxır”, -deyə A.Nərimanlı bildirib. 

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 May 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri