Icma.az
close
up
RU
Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 1 fevral, AZƏRTAC

Fevralın 1-də Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda toplantı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclərin rolu və dəstəyi mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, deportasiya ilə bağlı reallıqların, eləcə də irsimizin nəsildən-nəslə ötürülməsi məhz gənclərin bu həqiqətlər barədə olan biliklərinə əsasən baş verir.

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov çıxışında gənclərin Qərbi Azərbaycana qayıdış məsələsində fəal iştirakının, həm bölgənin mədəni irsinin qorunması, həm də gənclərin bu prosesdə aktiv rol almaları baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib. O vurğulayıb ki, eyni zamanda, gənclər yeni ideyalar və təşəbbüslərlə cəmiyyəti irəliyə apararaq, bir çox sahələrdə böyük uğurlar əldə edirlər.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının aparatında gənclərlə iş üzrə məsul şəxs Anar İrzaquliyev bildirib ki, Gənclər Şurasının strukturunun yenilənmiş forması hazırlanıb. O, Gənclər Şurasının yenilənmiş strukturunun sədr və 2 sədr müavinindən ibarət olduğunu deyib.

Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov gənclərin günümüzün aparıcı qüvvəsi olaraq Qərbi Azərbaycanla bağlı daha ətraflı məlumata malik olmalarının vacibliyini qeyd edib. O bildirib ki, gənclərin istər təmsil olunduqları platformalar, istər sosial media, istərsə də digər ölkələrdəki fəaliyyətləri zamanı Qərbi azərbaycanlıların ötən əsrdə üzləşdikləri deportasiya və soyqırımlarla bağlı həqiqətləri çatdırmaları aparılan işdə önəmli rola malikdir.

"İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı təmsil etdiyi təşkilatın Qərbi Azərbaycan İcması ilə birlikdə bu istiqamətdə gördüyü fəaliyyətə toxunub, gənclərin təşkil edilən bütün tədbirlərdə fəallıq göstərdiyini vurğulayıb.

Qərbi Azərbaycan İcmasının üzvü Həsən Əhmədov və Fidan İbrahimova çıxışlarında öz timsallarında gənclərin üzərinə Qərbi Azərbaycan məsələsi ilə bağlı düşən məsuliyyəti anladıqlarını vurğulayıb, gənc nəsil olaraq bu müqəddəs amalla əlaqədar bütün güclərini sərf edəcəklərini bildiriblər.

Sonra əslən Qərbi Azərbaycandan olan və bir sıra uğurlara imza atan 15 gənc, eləcə də İcma ilə səmərəli əməkdaşlığa görə 10 gənclər təşkilatı mükafatlandırılıb.

Daha sonra İcmanın müxtəlif tədbirlərində iştirak etmiş 30 gəncə üzvlük vəsiqələri təqdim edilib.

Sonda çıxış edən dri Şahin İsmayılov fevralın 2-dən etibarən Qərbi Azərbaycan İcması Gənclər Şurası tərəfindən “Gənclər arasında Qərbi Azərbaycan mövzusunda ideya müsabiqəsi”nin keçiriləcəyini diqqətə çatdırıb. O bildirib ki, bu müsabiqə gənclərimizi Qərbi Azərbaycan mövzusu ilə daha yaxından tanış etmək və onların yaradıcı düşüncələrini ortaya qoymalarına imkan yaratmaq məqsədi daşıyır.

"Müsabiqənin əsas məqsədi gənclərimizin Qərbi Azərbaycanla bağlı fikirlərini və ideyalarını sosial, mədəni və tarixi aspektlərdən təhlil etmək, həmçinin onların bu mövzuda daha geniş məlumatlı olmalarını təmin etməkdir. Müsabiqəyə yaş məhdudiyyəti olmadan bütün gənclər qatılacaq və hər bir iştirakçının ideyası və layihəsi qiymətləndiriləcək", - deyə Ş.İsmayılov qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Fevral 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri