Icma.az
close
up
RU
İstanbulda Azərbaycan mədəniyyəti və Qarabağ Zəfərinə həsr olunan tədbir keçirilib AZƏRTAC

İstanbulda Azərbaycan mədəniyyəti və Qarabağ Zəfərinə həsr olunan tədbir keçirilib AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İstanbul, 24 dekabr, Günel Karatepe, AZƏRTAC

İstanbulda Azərbaycan mədəniyyətini tanıtmaq və Qarabağ Zəfərini daha geniş ictimaiyyətə çatdırmaq məqsədilə “Qarabağdan İstanbula” mövzusunda xalça sərgisi və panel iclas təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Gənclik və Təhsilə Xidmət Vəqfi (TÜRGEV) və “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin əməkdaşlığı ilə ərsəyə gələn proqram İstanbulun Gözəl İşlər Fabrikası (GİF) “Safveti Paşa” mərkəzində baş tutub.

Tədbirin açılışında çıxış edən TÜRGEV-in İdarə Heyətinin sədri Hatice Akıncı Yılmaz Qarabağın Türk dünyasının tarixinə qızıl hərflərlə yazılmış, böyük mübarizələrin və həsrətin rəmzinə çevrildiyini bildirib.

O, deyib: “Qarabağ yalnız bir torpaq deyil, eyni zamanda bir millətin əzminin, səbrinin və birlik ruhunun ən böyük nişanəsidir. Xocalıda yaşanan zülm və illər boyu davam edən işğal hamımızı dərindən yaraladı. Lakin bu, eyni zamanda, Azərbaycanın haqlı davasını dəstəkləmək üçün Türk dünyasında daha güclü bir bağın qurulmasına vəsilə oldu. Qarabağda yaşanan zülmü və Azərbaycanın haqlı davasını bütün dünyaya çatdırmaq üçün Türkiyə böyük səylə çalışırdı. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə dövlət qurumlarımız və vətəndaş cəmiyyətlərimiz “Bir millət, iki dövlət” şüarı ilə hər zaman Azərbaycanın yanında oldu. Şükürlər olsun ki, haqq öz yerini tapdı və Qarabağ torpaqları 30 il davam edən işğaldan azad edildi. Bu gün burada Azərbaycanın tarixi və mədəni zənginliyini, Türk dünyasının dərin əlaqələrini sənət vasitəsilə bir daha xatırlamaq üçün toplanmışıq. Sənət millətlərin ruhunu qidalandıran, tarixini yaşadan və keçmişdən aldığı güclə gələcəyini işıqlandıran körpüdür. Bu körpü vasitəsilə millətlər öz kimliklərini və şəxsiyyətlərini formalaşdırır və dünyaya öz mədəniyyətlərini tanıdırlar”.

Tədbir çərçivəsində “Qarabağın tarixi, toxuma sənətindən bu günün sənət sahəsinə uzanan səyahət” mövzusunda təşkil olunan panel iclas keçirilib.

Paneldə Rəssamlar İttifaqının üzvü, Azərbaycanın xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulova sərgidəki xalçaların xüsusiyyətləri və hekayələri barədə məlumat verib. Milli parça koleksiyaçısı və araşdırmaçısı Fuad Cəbrayılov isə “Azərbaycanın ənənəvi Qarabağ qadın geyimləri və tarixi formaları” mövzusunda təqdimatla çıxış edib. “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin qurucu rəhbəri, aktrisa Kəmələ Kamal Cabbarova isə çıxışında Qarabağın xalçaları və mədəni irsi barədə məlumat verib, bölgənin mədəniyyəti, sənəti və tarixi haqqında danışıb.

Proqram zamanı iştirakçılara Azərbaycan və Türk mətbəxinin fərqli bölgələrinə aid nümunələr təqdim olunub.

Tədbirdə Elnarə Rəsulovanın ideya müəllifi olduğu əsərlər, o cümlədən dünyanın məşhur muzeylərində saxlanılan, Azərbaycanın 7 bölgəsinə aid qədim xalçaların replikaları, eləcə də sənətkara məxsus Qarabağ Zəfərinə həsr edilmiş “Ata vəsiyyəti, oğul Zəfəri”, “Dəmir Yumruq”, “Laçın zirvəsi”, Azərbaycan-Türkiyə qardaşlığına həsr edilmiş “Bir millət, iki dövlət… tək yumruq”, “Soyumuz bir, dinimiz bir..” mövzusunda xalçaları sərgilənib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2024 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri