Icma.az
close
up
RU
Yalçın Adıgözəlov: Türkiyədəki konsertlərimizin Qarabağ Zəfərinə həsr edilməsi olduqca həyəcanvericidir AZƏRTAC

Yalçın Adıgözəlov: Türkiyədəki konsertlərimizin Qarabağ Zəfərinə həsr edilməsi olduqca həyəcanvericidir AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İstanbul, 21 noyabr, Günel Karatepe, AZƏRTAC

“Dədə Qorqud” kamera orkestri ilk dəfə qardaş Türkiyəyə səfər edir. Bu, orkestr üçün çox sevindirici və olduqca həyəcanverici hadisədir. Çünki, orkestrimiz gənc ifaçılardan ibarətdir və səfərimiz əsasən Qarabağ Zəfərinə həsr edilib”.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Yalçın Adıgözəlov deyib.

İki gün əvvəl Türkiyənin İzmir şəhərində çox gözəl konsert proqramı ilə tamaşaçıların qarşısına çıxdıqlarını bildirən Xalq artisti “Dədə Qorqud” kamera orkestrinin bu qastrol səfərinə Türkiyənin dünya şöhrətli fleyta ustası, dövlət solisti Şəfiqə Kutluerin “Şərq Qərblə görüşür” festivalı çərçivəsində dəvət aldığını da deyib: “Bu gün İstanbul Süreyya Operasında daha bir çıxışımız oldu. Sonrakı konsertimiz isə Ankaranın məşhur Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestr Salonunda keçiriləcək. Hər üç proqram Vətən müharibəsində qazanılan Qələbənin dördüncü il dönümünə həsr edilib. Şəfiqə xanımla birgə fəaliyyətimizin davam edəcəyini düşünürəm. Fərqli ölkələrə birgə səfərlərə çıxmağa da hazırlaşırıq. Fikrimcə, proqram tamaşaçılar tərəfindən bəyənildi. Bunu alqışlardan hiss etmək o qədər də çətin deyildi. Burada əsas məqsəd günümüzdə dünyanın ehtiyac duyduğu dostluğu, sülhü Azərbaycan, Türkiyə və Avropa bəstəkarlarının əsərlərinin simasında musiqinin dili ilə tamaşaçıya çatdırmaqdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri