Icma.az
close
up
RU
İstanbulda Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr və imza mərasimi keçirilib

İstanbulda Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr və imza mərasimi keçirilib

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Noyabrın 2-də 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib. Azərbaycan "Uşaqlıq şənlikdir" şüarı ilə keçirilən sərginin "fəxri qonaq ölkə"sidir.

Xalqcebhesi.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sərgi məkanında ölkəmizin böyük stendi qurulub.
Sərgidə Azərbaycanın tanınmış yazıçılarından ibarət geniş nümayəndə heyəti iştirak edir.
Sərgi məkanında və Azərbaycan stendində imza mərasimləri, ədəbi müzakirələr, müxrəlif ölkələrdən naşirlərin işgüzar görüşləri təşkil olunur.
Azərbaycan yazıçılarının iştirakı ilə keçirilən ilk panel “Sosial media çağında yazmaq” mövzusuna həsr olunub.
Esseist, ədəbiyyatşünas Qismət Rüstəmovun moderatorluğu ilə keçirilən müzakirədə yazarlar Sahilə Yaya, Ulucay Akif və Rəvan Cavid iştirak ediblər.
Qeyd olunub ki, çağdaş dünyada texnoloji yeniliklər insanın fəaliyyət və davranışlarına sanki bir sürət və tələsgənlik gətirib. Buna görə də yazıçıların maraqlı mövzular seçməsi və diqqətçəkən üslub nümayiş etdirməsi zəruridir.
Yazarlar oxucuları maraqlandıran sualları cavablandırıblar. Səsləndirilən təkliflərlə bağlı müzakirə aparılıb.
Həmin gün Azərbaycan stendində yazıçılar Günel Şamilqızının "Div olanda nə olar" (povest və hekayələr) və Cavid Zeynallının "Coğrafiya müəlliminin pencəyi” (hekayələr) kitablarının imza mərasimi keçirilib.
Şair, tədqiqatçı, esseist Fərid Hüseyn hər iki yazar və kitabları haqqında məlumat verib.
Bildirilib ki, hər iki nəşr
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” (AKDT) layihəsi çərçivəsində “Azərbaycan ədəbiyyatı gənclik seriyası” üzrə 2020-ci ildə Türkiyədə "Zengin yayıncılık" nəşriyyatında 5000 tirajla çap olunub. Kitabları tanınmış şair-tərcüməçi Yurtseven Şen türkcəyə uyğunlaşdırıb.
Sonra müəlliflər kitabları oxucular üçün imzalayıblar.

Həmin gün daha bir panel müzakirəsi uşaq ədəbiyyatına həsr edilib.
Yazıçı Sahilə Yayanın aparıcılığı ilə reallaşan panelin qonaqları tanınmış uşaq yazarları Solmaz Amanova və Sevinc Nuruqızı olub.
Yazarlar uşaq ədəbiyyatının əhəmiyyətini vurğulayıb, bu qəbildən əsərlərin uşaqların estetik zövqünün, dünyagörüşünün zənginləşməsində müstəsna rol oynadığını bildiriblər.
Qeyd olunub ki, uşaqlar nə qədər bədii ədəbiyyata maraq göstərsələr, zərərli vərdişlərdən və informasiyalardan uzaq olarlar.
Sonra müzakirə şəklində davam edən tədbirdə müəlliflər sualları cavablandırıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Noyabr 2024 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see214

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see208

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see189

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see160

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see151

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see148

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see141

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see140

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see138

Arda Güler zədələnib

02 Noyabr 2025 16:57see137

“Vulverhempton”un qapıçısı: “Utanmalıyıq”

02 Noyabr 2025 01:10see136

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see136

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see134

ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı Məhsul bayramı keçirilib

02 Noyabr 2025 09:55see133

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see131

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see131

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see128

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see124

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see123

The Economist: Tayvanın B planı ...

02 Noyabr 2025 20:46see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri