Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

İstanbulda azərbaycanlı tacirlər Foto

İstanbulda azərbaycanlı tacirlər Foto

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

XIX əsrin ikinci yarısından etibarən Azərbaycan coğrafiyasından İstanbula köçərək orada ticarətlə məşğul olan xeyli azərbaycanlı şəxs olub. Onlar kitabçılıqdan xalçaçılığa qədər müxtəlif işlərdə çalışıb, rəqabət mühitinə tab gətirə biliblər. Gəncə, Təbriz, Xoy kimi şəhərlərdən gələn bu insanlar XX əsrin ortalarına qədər nüfuz sahibi olublar. Onların qurduqları iş sahələrinin bəzilərini bu gün də varisləri davam etdirməkdədirlər.

Dövrün qaynaqlarına görə, 1880-ci illərdə təkcə İstanbulda 16 min iranlı yaşamaqda idi. Şübhəsiz ki, onların böyük əksəriyyəti Cənubi Azərbaycanın şəhərlərindən köçmüşdülər. XX əsrin əvvəllərində isə bu rəqəm 20 minə çatırdı. Onlar İstanbulda, demək olar ki, kompakt halda yaşayıb, şəhərin Validəxan, Vəzirxan, Sünbülxan, Yıldızxan kimi yerlərində məskunlaşmışdılar. Əsas məşğul olduqları sahələr isə xalçaçılıq, ipəkçilik, halvaçılıq, şirəçilik, tənbəkiçilik, dəriçilik, sabunçuluq, mətbəəçilik, qəhvəçilik və sair idi.

Camaat böyüdükcə özlərinə məxsus məktəb, xəstəxana, xeyriyyə cəmiyyətləri də qurmuşdular. Həmçinin İstanbulun Üsküdar rayonunda Seyid Əhməd məzarlığı adlı ayrıca bir məzarlığın da qurulmasına nail olmuşlar. Həmin məzarlıqda bir çox tanınmış azərbaycanlının da məzarı mövcuddur.

Cənubi Azərbaycandan gələn tacirlər mətbəəçilik işində xüsusilə fərqlənirdilər, bu sahədə aktiv fəaliyyət göstərən erməni və Rum mətbəəçilərlə rəqabət aparırdılar. Qacar dövlətindən Osmanlı torpaqlarına gələn bu şəxslər haqqında Türkiyədə geniş də olmasa müxtəlif maraqlı məqalələr qələmə alınır, bəzi mətbəəçilər haqqında kitablar da yazılırdı.

Həmin yazılardan da istifadə edərək şəxsi arxivimizdəki bəzi materialları təqdim edirik.

Məhəmməd Tahir Təbrizi

Kitabçı Tahir Əfəndi adı ilə geniş şöhrət qazanan bu şəxs 1860-cı illərdə Azərbaycanın Təbriz şəhərindən İstanbula gəlib, mətbəəçilik və naşirlik fəaliyyəti ilə məşğul olub, müxtəlif fasilələrlə fars dilində “Əxtər” qəzetini (1876-1896) çıxarıb. Onun sahibi olduğu mətbəə də bu adı daşıyıb.

Qacar xanədanlığının dəstəyi ilə çıxan qəzet bir müddət II Əbdülhəmidin siyasi hədəflərini müdafiə edib. Doğum və vəfat tarixi bilinməyən Məhəmməd Tahir İstanbulda bir müddət Bəyazid bölgəsində, daha sonra Quzğuncuqda yaşayıb.

Öz həmşərilərinin də qaldığı Validəxanda bir mətbəəsi, Hakkaklar adlı bazarda isə kitabçı dükanı olub. Bir müddət Maarif Nazirliyində çalışıb, ikinci dərəcəli Məcidiyyə nişanına sahib olub. Qacar dövlətindən gələn şəxslər İstanbulda onunla görüşüb, xatirələrində xoş fikirlər yazıblar.

Ticarətə hələ öz məmləkətində ikən başlayan Tahir Qacar hökmdarı Müzəffərəddin şah dönəmində - 1896-cı ildə ikinci dərəcəli Şir-Xurşid nişanına layiq görülüb. Tahirin dörd oğlu, bir qızı olub.

Kitabçı Tahir İstanbulda ilk dəfə olaraq 1862-1863-cü illərdə mətbəə işlətmək hüququ alıb. Bir müddət çar Rusiyası müsəlmanlarından Hacı Abbas Kərimovla ortaq olub. “Əxtər” mətbəəsini qurduqdan sonra 1892-ci ildə ilk mətbəəsini şərikinə satıb. Osmanlı-Qacar münasibətlərinin öyrənilməsi baxımından önəmli qaynaqlardan olan “Əxtər” qəzeti İsfahandan Bakıya, Hindistana qədər göndərilib.

Kitabçı Tahirin mətbəəsində bir çox kitablar nəşr olunub, bəzi hallarda icazəsiz müxtəlif nəşrlər də çap edilib.

Kitabçı Qasım Əfəndi

Türkiyənin ilk kitabçılarından olan Hacı Qasım Əfəndi Uzun Həsənin soyundan olub, 1841-ci ildə Xoy şəhərində doğulub. Atası bəzzaziyəçi Hacı Həsən Əfəndi, anası Mələk xanımdır.

1862-ci ildə Osmanlıda Tənzimat dövründə 21 yaşında ikən İstanbula gələn Qasım Əfəndi 1883-cü ildə burada ailə həyatı qurub, beş övladı olub. Mədrəsə təhsili alan Hacı Qasım türk, ərəb, fars dillərini bilib. İstanbula gəldikdən 3-4 ay sonra Bəyaziddə Hakkaklar çarşısında 10 nömrəli dükanı kirayələyərək fəaliyyətə başlayıb.

Ardınca Tunuslu Ömər Əfəndinin 8 nömrəli dükanını da bir lirə müqabilində kirayələyib və orada da kitab işi ilə məşğul olub. 1862-ci ildən 1926-cı ilə qədər qurduğu kitabxananı işlədən Hacı Qasım Osmanlı dövlətində tanınmış kitabçılarından olub.

1926-cı ildə kitabxanasını ikinci oğlu M.Hüseyn Tutyaya təhvil verib. 8 aprel 1932-ci ildə vəfat edib.

Babialinin ilk müsəlman kitabçılarından sayılan Hacı Qasım Əfəndi Türkiyədə bəziləri indi də fəaliyyətini davam etdirən “Maarif Kitabxanası”, “Türk Nəşriyyat Yurdu”, “Saatlı Maarif Təqvimi”, “ Yeni Şərq Maarif Kitabxanası” kimi müxtəlif firmaların qurucusu olub.

Hacıbaba Gəncəli

İstanbulda yaşamış azərbaycanlı tacirlər arasında ən məşhuru Hacı Baba Məhəmmədovdur.

Türkiyədə Hacıbaba Mehmed Genceli adıyla tanınan bu şəxs İstanbula gəldikdən sonra Üsküdarda Şəmsipaşada bir malikanə satın alıb, 1880-ci illərdə Mahmudpaşada Yıldızxanın böyük hissəsinə sahib olub.

İstanbulda xalı ticarəti ilə məşğul olan Hacıbabanın iki övladı təhsil üçün Amerikaya getdikdən sonra Nyu-York şəhərində xalı mağazası qurub. Təbrizin Heris məhəlləsində xalça emalatxanası açan bu ailə İstanbula bahalı xalçalar gətirib, 1910-1915-ci illərdə ABŞ-yə satmaq üçün göndərib.

Türkiyə arxivlərində bu ailə haqqında xeyli sənədlər var. Şəxsi kolleksiyamızdakı Hacıbaba Gəncəliyə göndərilən məktublardan aydın olur ki, İstanbula köçsələr də, bu ailənin Azərbaycanla sıx əlaqələri davam edib. Arxivimizdə Məhəmmədağa Şahtaxtlının, Hacı Məhəmmədhüseyn Rəfiyevin, Əli bəy Hüseynzadənin, Musa Əmircanın və digərlərinin bu ailəyə göndərdikləri məktublar var.

Hətta Əli bəy Hüseynzadə İstanbulda təqib olunduğu illərdə bir neçə ay bu ailənin Yıldızxandakı otaqlarının birində gizlənib, orada bir neçə rəsm əsəri də çəkib. Hazırda ailənin ticarət həyatını Hacıbabanın nəvəsi Kərim Mehmedzadə davam etdirməkdədir.

Qurbangil ailəsi

Azərbaycanın Şirvan bölgəsindən olan bu ailə xalı ticarəti ilə məşğul olub. Baba və Səfdər Qurbanovlar Türkiyəyə gəliblər, burada Qurbangil soyadını alıblar.

İstanbulda xalça, eləcə də, əntiq əşya ticarəti ilə məşğul olan Qurbangil ailəsinin Beşiktaşda böyük evləri vardı, amma yanğın nəticəsində məhv olub. Baba Qurbangil türkcə və farsca şeirlər də yazıb.

Heydər Əbdüloğlu

İstanbulda yaşayan azərbaycanlı tacirlərdən biri də Heydər Əbdüloğlu adlı şəxsdir. Onun iki vizitkasındakı yazılardan cüzi də olsa, məlumat öyrənmək mümkündür.

Türkcə və fransızca yazılar olan vizitkasında tacirin şəkli də verilib. Türkcə qismində bu məlumatlar qeyd olunub: “Qafqaziya Azərbaycan türk mağazası. Xalı taciri Heydər Əbdül oğlu. Çarşuyı-kəbir Sahaflar caddəsində nömrə 52”.

Digər vizitkası isə fransız dilindədir, üzərində Qafqaz geyimində şəkli də verilib.

Şəxsi arxivimizdə Heydər Əbdüloğluna aid maraqlı bir fotoşəkil də mövcuddur.

Qafqaz geyimində çəkilən fotoşəklin önündə və arxasında onun İstanbul bazarında iranlı tacir olduğu yazılıb.

Daha bir neçə ailə

İstanbulda Qapalıçarşıda Şəki şəhərindən Hacı Bəkir əfəndi adlı tacir də olub. Mühacir Əli Gəncəlinin yazdığına görə, altmış ildən bəri İstanbulda yaşadığı halda Şəki ləhcəsində danışmaqdaydı.

Azərbaycanlı Siracəddin bəy ailəsi də İstanbulda xalçaçılıqla məşğul olub. XX əsrin əvvəllərində İstanbula yerləşən Qafaroğulları ailəsi də xalıçılıq və əntiq əşya ticarəti ilə məşğul olublar. İrəvanlı Sadıq bəy Haqverdi isə İstanbulda qumaş istehsalı ilə ad qazanıb. Təbrizli Sadıq Kağıtçı “Afitab” adlı mağazanın sahibi olub.

İstanbulda, eləcə də Türkiyənin digər bölgələrində məskunlaşmış azərbaycanlı tacirlərin taleyi maraqlı bir tədqiqatın mövzusudur. Türkiyədəki araşdırmalarda onlar “iranlı tacirlər” kimliyi altında verilməkdədirlər.

Ümid edirik ki, Osmanlı arxivlərində çalışılaraq azərbaycanlı tacirlərin həyat hekayələri geniş şəkildə yazılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 24 Dekabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri