Icma.az
close
up
RU
“814 saylı hərbi hissənin döyüş yolu” kitabı: Qarabağ tarixinə və savaşa işıq saçan nəşr

“814 saylı hərbi hissənin döyüş yolu” kitabı: Qarabağ tarixinə və savaşa işıq saçan nəşr

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Oktyabrın son günündə Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun müdafiəsində iştirak etmiş 814 saylı hərbi hissənin veteranlarının təşəbbüsü ilə toponimika araşdırmaçısı Nazim Tapdıqoğlu (Vəlişov) tərəfindən qələmə alınan “814 saylı hərbi hissənin döyüş yolu” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən müəllif kitabda yer alan arxiv materialları, tarixi faktlar və döyüş iştirakçılarının xatirələri barədə məlumat verib. Veteranlar və keçmiş silahdaşlar nəşrin əhəmiyyətini vurğulayaraq belə yaddaş kitablarının gələcək nəsillər üçün mühüm tarixi mənbə olduğunu qeyd ediblər.

1990-cı illərin əvvəllərində erməni-rus silahlı birləşmələrinin hücumları nəticəsində baş vermiş Birinci Qarabağ müharibəsindən artıq 35 ildən çox vaxt keçib. Bu müddət ərzində yaşanan döyüşlər, baş verən hadisələr barədə bəzi şəxslər tərəfindən mətbuatda və sosial şəbəkələrdə şişirdilmiş və hətta uydurma məlumatların yayılması müşahidə olunur.

Nazim Tapdıqoğlunun sözlərinə görə, kitabın yazılmasının əsas səbəbi də məhz bu boşluğu doldurmaq, real faktları üzə çıxarmaq və “qəhrəmanlıq hekayələri”ni süni şəkildə şişirdənlərə cavab verməkdir.

Nəşr həmçinin döyüş yolu haqda qeyri-dəqiq və fantastik epizodlar yayanlar üçün etibarlı istinad mənbəyi kimi nəzərdə tutulub.

Kitabda Qarabağ və Füzuli rayonunun tarixi, ermənilərin bölgəyə köçürülməsi ilə bağlı arxiv sənədləri, eləcə də müharibənin ilk mərhələlərində yaradılan özünümüdafiə dəstələrinin fəaliyyəti ətraflı şəkildə təqdim olunur.

Nəşr 814 saylı hərbi hissənin formalaşması, hissənin komandiri Mobil Yusifov və qərargah rəisi Elxan Yusifovun fəaliyyəti, eləcə də şəhidlərin həyat yoluna dair məlumatları əhatə edir. Hərbi hissənin veteranlarının şəxsi xatirələri kitabın ən dəyərli bölmələrindən biri kimi önə çıxır.

Kitab 814 saylı hərbi hissədə taqım komandiri olmuş İlham Məmmədovun şəxsi vəsaiti hesabına hazırlanaraq çap edilib.

Tədbir təkcə kitabın təqdimatı deyil, həm də müharibə iştirakçılarının illər sonra yenidən bir araya gəldiyi səmimi görüş kimi yadda qalıb. Veteranlar bu cür layihələrin tarixin obyektiv şəkildə gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıblar.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 Dekabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri