Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Xəyanət Ortaqları: Ramiz Mehdiyev siyasi “dirijor”, Əli Kərimli isə “birinci skripka”dır...

Xəyanət Ortaqları: Ramiz Mehdiyev siyasi “dirijor”, Əli Kərimli isə “birinci skripka”dır...

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ehtimalar və proqnozlar özünü doğrultmaqdadır. “Ramiz Mehdiyev işi” ətrafında həlqə artıq daralır. Gizlinlər aşkarlanır. Müasir tariximizin “ağ ləkələr”i üzə çıxır. Saxta “demokrat maskası” yırtılır. Satqın və dönüklərdən ibarət “məxluq”lar qalareyasında dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin sağında eyni əqidəli Əli Kərimli yer alıb. Eyni xislətlilərin boy sırasında diğər radikal-Gültəkin Hacıbəyli də mövqeyini “möhkəm”lədə bilib. Hələ ki, xəyanətkar “trio”dan söhbət gedir. İstisna deyildir ki, onların sıraları genişlənsin. Yəqin ki, qədirbilən oxucunu düşündürən ilk sual budur: axı necə oldu ki, qərbpərəst siyasətçi qiyafəsində olan Əli Kərimli və təpədən dırnağa qədər rusiyapərəst Ramiz Mehdiyev birləşib, dövlətə xəyanət ortağına çevrildilər. İlk baxışdan paradoks göz qabağındadır. Məsələnin mahiyyətinə nüfuz etdikdə isə bəlli olur ki, əslində Mehdiyev-Kərimov “izdivacı”nda heç bir təzad yoxdur. Biri hakimiyyət iyerarxiyasında üstün mövqeyini permanent olaraq qoruyub saxlamaq ehtirası ilə yanır, diğəri isə bütün müxalifətin lideri olmaq ekstazı ilə alovlanır. Bax bu imtiyazlı statuslara davamlı olaraq  sahiblənmək eşqi onlar arasında “qarşılıqlı asılılıq sindromu”nun yaranmasını şərtləndirmişdir. Başqa sözlə, “əl-əli yuyar, əl də üzü” prinsipinə hər iki tərəf “sədaqət andı” içmişdir. Sövdələşməyə əsasən, Ramiz Mehdiyevin geniş inzibati və maliyyə dəstəyi ilə Əli Kərimli hakimiyyət əleyhinə mübarizənin yeganə “legitim bayraqdar”ı statusuna yüksəldilir, adekvat olaraq iqtidara qarşı mitinq və digər etiraz formaları davamlı və nisbətən izdihamlı hal almalıdır. Bu reallıqda paralel olaraq Ramiz Mehdiyevin sözügedən radikal qüvvələrə qarşı barışmaz mövqedə dayanan  “güclü şəxsiyyət” obrazının formalaşdırılılması məlum sövdələşmənin mühüm komponentinə çevrilir. Bu prosesdə onun nəzarətində olan media qurumlarının koordinasiya olunmuş fəaliyyəti həlledici rol oynayır. Sonuncu dəfə bu siyasi hoqqabazlıq nümunəsi 2019-cu ilin 19 oktyabrında baş verdi. Dirijor çubuğu yenə də Ramiz Mehdiyevin əlində idi. Arxası xalqa, qabağı isə Əli Kərimliyə istiqamətlənmişdi. İkinci “orkestr”də “birinci skripka”nı ifa edirdi. Əli Kərimli siyasi sifarişi qüsursuz yerinə yetirmək təlimatı almışdı, çünkü Ramiz Mehdiyevin karyerasının uğurlu davamlılığı üçün bu reallıq hava-su kimi lazım idi. “Oyun” baş tutmadı. Siyasi rəhbərliyin iti fəhmi, siyasi iradəsi, xalq-hakimiyyət birliyi bu “izdivac”ı sabun köpüyünə çevirdi. Ramiz Mehdiyev erası qürub etdi. Eyni anda Əli Kərimli də “qısır inək” statusuna endi. Buna baxmayaraq, hər iki “siyasi impotent”  “bəlkə də, qaytardılar” sevdası ilə yaşayırdılar. Gözləri isə yenə də Şimala dikənmişdi. Necə deyərlər, “ac toyuq yuxuda darı görər”. Onlar da “çevriliş planları”, “Dövlət Şurası” və taxt-tacla bağlı xəyallarla yatıb-durur, “xəyanətin istisi”nə qızınırdılar. Çirkin niyyətlərini çin etmək həyat amallarına çevrilmişdi. Arzuları ürəklərində qaldı.
Artıq xəyanətin “ağsaqqalı” Ramiz Mehdiyev ağır dövləti cinayətdə ittiham olunur,istintaq altındadır. Onun satqınlıq ortağı Əli Kərimli də saxlanılıb. Təkzibedilməz faktlar bu cinayətkar ortaqlığa işıq saçır. DTX-nın Əli Kərimlinin “Ramiz Mehdiyev işi” ilə əlaqədar evində apardığı axtarış zamanı onun Rusiyanın layihəsi olan “Milyarderlər ittifaqı” ilə gizli əlaqələrinə dair materiallar, o cümlədən Ramiz Mehdiyev tərəfindən Moskvaya ünvanlanmış məktubun mediada olmayan ilkin redaktə variantı və digər sənədlər tapılıb. Eyni zamanda o da məlum olub ki, saxlanılan şəxslərdən birinin-Əli Kərimlinin yaxın silahdaşı Saleh Rüstəmovun Rusiyanın xüsusi xidmət orqanları ilə sıx əlaqələri olub. Hətta bu təmaslar o qədər intensiv  və güvənli olub ki, dəfələrlə bu agentin vasitəsilə Əli Kərimliyə məxfi ismarıclar çatdırıblar. Deməli, Əli Kərimli Rusiya xidmət orqanları ilə ən azı konspirativ iş birliyində olubdur.
Onu da xüsusi olaraq qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin  yaxın perspektivdə başa çatacağı ilə bağlı artan proqnozlar fonunda istisna deyildir ki, Moskva yenidən Cənubi Qafqazda möhkəmlənməklə bağlı radikal ambisiyalarını işə salsın. Başqa sözlə, bu halda ölkəmizdə səfərbər olunmuş cəmiyyəti, vətəndaş həmrəyliyini pozmaq, xalq-hakimiyyət birliyini daxildən zəiflətmək qarşı tərəfin strateji hədəfinə çevrilmiş olar. Bu şəraitdə daxili və xarici milli dönüklərə ehtiyac əmsalı yüksələ bilər. Təhlükəni görməməyin özü ən böyük təhlükədir. Mövcud reallıq dövlətimiz tərəfindən önləyici addımların atılmasını zəruri etmişdir. DTX-nın yuxarıda qeyd edilən axtarış tədbirləri və saxlanılma hadisələrini həm də bu kontekstdə qiymətləndirmək lazımdır.
Yeri gəlmişkən, radikal müxalifətin “göz muncuğu” Gültəkin Hacıbəyli də İstanbulda saxlanılıb. Bakıya deportasiya ediləcəyi labüddür. “Antimilli Şura”-nın sədri Cəmil Həsənlinin də yaxasını ələ verməmək üçün Dubaya qaçmaq niyyəti baş tutmayıb. Hava limanında ona “STOP” qoyulub.
Son qənaətimiz: Ramiz Mehdiyevin özü başda olamaqla dövlətə xəyanət yolunu seçmiş “siyasi orkestri”nin təkcə “birinci skripka”larının deyil, bütün digər “ifaçı”larının da müttəhimlər kürsüsündə əyləşəcəkləri mütləq həqiqətdir. Digər həqiqət də ondan ondan ibarətdir ki, xaricdəki “söyüş müxalifəti” bir-bir özünü “bankrot” elan edir. Ramiz Mehdiyev-Əli Kərimli-Gültəkin Hacıbəyli-Cəmil Həsənli “kvarteti”nin qürubu ilə xaricdəki  “siyasi yalquzaqlar”ın eyni zamanda iflası arasında sinxronluq da, yəqin ki, diqqətli və qədirbilən oxucuların diqqətindən yayınmır...
Dəyərli həmvətənlər, gəlin, bütün tarixi uğurlarımızın kökündə dayanan fundamental üstünlüklərimizi: siyasi sabitliyi və xalq-hakimiyyət birliyini göz bəbəyi kimi qoruyağın. Bu, zamanın tələbidir. Bu, dövlət siyasətidir. Bu, ictimai sifarişdir.
 Elman Nəsirov
Milli Məclisin deputatı,
Siyasi elmlər doktoru, professor
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Dekabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see653

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see328

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see312

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see307

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see300

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see297

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see277

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see276

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see269

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see268

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see254

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see252

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see230

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see220

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see219

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see213

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see209

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see205

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri