Icma.az
close
up
RU
İstanbulda böyük zəlzələ təhlükəsi: risk 47 faizə çatır XƏBƏRDARLIQ

İstanbulda böyük zəlzələ təhlükəsi: risk 47 faizə çatır XƏBƏRDARLIQ

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Telegraph" nəşri Türkiyənin İstanbul şəhərinin böyük zəlzələ riski ilə üz-üzə olduğunu yazaraq, şəhərin sıx əhalisi, köhnə binaları və Şimali Anadolu qırılması üzərində yerləşməsinin təhlükəni artırdığını bildirib.

Modern.az xəbər verir ki, nəşr İstanbulun 15 milyona yaxın əhalisi ilə dünyada zəlzələ nəticəsində genişmiqyaslı fəlakət riskinin ən yüksək olduğu şəhərlərdən biri olduğunu qeyd edib.

Məqalədə İstanbulun coğrafi quruluşunun da təhlükəni artırdığı vurğulanır. Şəhərin dik yamaclarında sıx şəkildə inşa edilmiş binalar, dar küçələr və XIX əsrin sonlarında tələsik tikilmiş çoxmərtəbəli yaşayış binaları zəlzələ zamanı risk yaradan əsas amillər sırasında göstərilir.

Şəhər Avropa və Asiya hissələrini ayıran Bosfor boğazının ətrafında yerləşir. Şimali Anadolu qırılması isə Türkiyənin şimalından keçərək Mərmərə dənizinin altından uzanır.

"Telegraph" güclü zəlzələlərin İstanbulda təxminən hər 250 ildən bir baş verdiyini yazır. Şəhərdə son böyük zəlzələnin 1766-cı ildə baş verdiyi qeyd olunur.

1999-cu ildə İzmit yaxınlığında baş verən zəlzələ 17 mindən çox insanın ölümünə səbəb olmuşdu. 2025-ci ilin aprelində isə Mərmərə dənizində 6,2 maqnitudalı zəlzələ İstanbulda 230-dan çox insanın yaralanmasına səbəb olub.

Nəşrin yazdığına görə, seysmoloqlar həmin vaxt Mərmərə qırılmasının aktivləşdiyini və enerjinin mərhələli şəkildə sərbəst buraxıldığını bildiriblər.

Məqalədə qeyd olunur ki, Tokio kimi zəlzələ təhlükəsi yüksək olan şəhərlərdə ciddi tikinti standartları tətbiq edilir. Türkiyə də 1999-cu il zəlzələsindən sonra tikinti qaydalarını sərtləşdirib.

Lakin 2023-cü ilin fevralında Kahramanmaraş zəlzələsi tikinti normalarına əməl edilməməsinin ciddi nəticələrini ortaya çıxarıb. Fəlakət nəticəsində 62 mindən çox insan ölüb, 100 mindən çox insan yaralanıb, təxminən 280 min bina tamamilə dağılıb, daha 700 min bina isə zərər görüb.

"Telegraph" İstanbulun köhnə yaşayış fondunun da ciddi problem olduğunu bildirir. Xüsusilə şəhərin mərkəzindəki köhnə və bir-birinə sıx şəkildə bitişik binaların güclü zəlzələ zamanı böyük təhlükə yaratdığı vurğulanır.

Məqalədə Şimali Anadolu qırılmasının xüsusiyyətlərinin də riski artırdığı qeyd olunur. Bu qırılmada zəlzələlər bəzən təkcə bir güclü təkan şəklində deyil, ardıcıl daha kiçik zəlzələlər seriyası ilə baş verir.

2025-ci ildə Mərmərə dənizində baş verən zəlzələdən sonra 24 saat ərzində ən güclüsü 5,9 maqnitudaya çatan ən azı 272 afterşok qeydə alınıb. Bu cür təkanlar dağıntılar altında xilasetmə işlərini də çətinləşdirir və zədələnmiş binaların yenidən uçması riskini artırır.

Mütəxəssislər və sığorta şirkətləri İstanbulda mümkün zəlzələni dünyanın ən ağır ssenarilərindən biri hesab edirlər. Tehran və Manila da yüksək riskli şəhərlər sırasında göstərilir.

2025-ci ildə GFZ Helmholtz Geologiya Elmləri Tədqiqat Mərkəzinin apardığı araşdırmaya əsasən, İstanbulda qarşıdakı 30 il ərzində güclü zəlzələnin baş vermə ehtimalı 35-47 faiz arasında qiymətləndirilir.

12 aparıcı seysmoloqun apardığı son hesablamalara görə, 1766-cı ildən bəri Mərmərə dənizinin altındakı qırılma boyunca “yerdəyişmə defisiti” təxminən 6 metrə çatıb. Bu göstərici iki əsrdən artıq müddətdə ərazidə böyük tektonik gərginliyin toplandığını göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Avqust 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri