Icma.az
close
up
RU
İstanbulda müəllif hüquqlarına və mediada süni intellektə dair simpozium keçirilir

İstanbulda müəllif hüquqlarına və mediada süni intellektə dair simpozium keçirilir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

İstanbulda “Xəbərin müəllif hüquqları və mediada süni intellekt” mövzusunda II simpozium keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbir “Anadolu” Agentliyi və Boğaziçi Universitetinin əməkdaşlığı, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilib. Tədbirdə çıxış edən Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun bu gün bəşəriyyətin qlobal səviyyədə ədalət problemi ilə üzləşdiyini deyib. O, ədalət böhranını dərinləşdirən əsas səbəblərdən birinin də bütün dünyanı təsiri altına alan media imperializmi və rəqəmsal faşizm olduğunu diqqətə çatdırıb.

F.Altun tədbirdə mediada istehsal olunan məlumat, xəbər və əsərlərin, eləcə də bütün bunların arxasında duran düşüncə insanlarının hüquq və haqlarını qorumaq məqsədilə bir araya gəldiklərini bildirib.

O, xəbər istehsalının bir tərəfdən müxbirin əməyinə, tədqiqatına və analizinə, digər tərəfdən isə yayımlayan qurumun redaktə seçimləri, cəhdi, cəsarəti, imkanları və bacarıqlarına möhtac olduğunu diqqətə çatdıraraq, real xəbər istehsalının zəhmətli, maliyyə və əmək tələb edən mürəkkəb iş olduğunu vurğulayıb.

“Anadolu” Agentliyi İdarə Heyətinin sədri və baş direktoru Serdar Karagöz çıxışında “Reuters Institute”nun tədqiqatlarına diqqət çəkərək dünya üzrə insanların 62 faizinin sosial media platformalarından istifadə etdiyini, bu qrupun isə 48 faizinin eşitdiklərinə, gördüklərinə, oxuduqlarına reaksiya verdiklərini deyib.

Qeyd edək ki, sahə üzrə peşəkarlar, hüquqşünaslar, alimlər və texnologiya mütəxəssislərinin iştirak etdiyi simpoziumda medianın rəqəmsallaşması ilə yaranan hüquqi, etik və texnoloji məsələlər müzakirə edilir, rəqəmsallaşmanın mediada müəllif hüquqlarına təsiri, süni intellektin xəbərin hazırlanmasında istifadə imkanları və riskləri ətrafında fikir mübadilələri aparılır.

Mediada süni intellekt və müəllif hüquqları ilə bağlı məlumat mübadiləsi və əməkdaşlıq imkanları yaradaraq sektora töhfə verməyi hədəfləyən tədbir “Avropa İttifaqının rəqəmsal tək bazar direktivinə dair üzv ölkələrin təcrübələri”, “Rəqəmsallaşmanın jurnalistikada yaratdığı müəllif hüquqları pozuntularının aradan qaldırılması üçün Türkiyədə həll axtarışları” və “Xəbər istehsalında süni intellekt-media-müəllif hüquqları üçbucağı” mövzularında panel iclaslarla davam etdirilir.

Tədbirdə Türkiyə ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən sahə üzrə mütəxəssislərin “Rəqəmsal platformadakı iş modellərinin müəllif hüquqlarının ölçüsü”, “DSM direktivinin daxili hüquqa keçirilməsi-Almaniya və İtaliya təcrübələri, “Xəbərin müəllif hüquqları-Türkiyə üçün bir model təklifi”, “Türkiyədə müəllif hüquqları” və s. kimi mövzularda məruzələr dinləniləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Dekabr 2024 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri