İstanbulu iflic edən yağışı öncədən demişdi Yeni çağırış etdi
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İstanbulda baş verən şiddətli yağış və daşqınları günlər əvvəldən dəqiq proqnozlaşdıran İzmir Regional Meteorologiya İdarəsinin keçmiş direktoru Murad Şahin xəritələrə əsaslanaraq daha bir kritik xəbərdarlıq edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“Sabah dərin bir sistem gəlir. Mövcud 100 kiloqramın üzərinə daha 100 kiloqram yağıntı əlavə olunarsa, fəlakət baş verə və insan itkisi ola bilər”, - Şahin bildirib.
O, təhlükənin hələ də keçmədiyini və əksinə, ikinci dalğa ilə daha da arta biləcəyini vurğulayıb.
Qeyd edək ki, Murad Şahin 10 oktyabrda Mərmərə, Egey və Qərbi Aralıq dənizi bölgələrində daşqın riski yaradacaq təsirli və davamlı yağışlara qarşı hazırlıq görməyi tövsiyə etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 15 Oktyabr 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















