Icma.az
close
up
RU
“Öncədən Planlaşdırılmış Cinayət” Yeni Gündəm

“Öncədən Planlaşdırılmış Cinayət” Yeni Gündəm

Icma.az bildirir, Yenigundem portalına istinadən.

20 Yanvar 1990-cı il Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazılmış tarixdir. Bu, təkcə bir xalqın kədəri və itkiləri deyil, həm də azadlıq mübarizəsinin ən parlaq nümunəsidir. Lakin bu faciə təsadüf deyildi. Əksinə, bu, öncədən planlaşdırılmış, bütün detalları ilə düşünülmüş bir cinayət idi.

Sovet hakimiyyəti illərdir ki, milli azadlıq hərəkatlarının qarşısını almaq üçün müxtəlif təzyiq mexanizmləri tətbiq edirdi. Amma 1980-ci illərin sonlarında Azərbaycanın müstəqillik uğrunda ayağa qalxması imperiya üçün dözülməz oldu. Xalqın kütləvi etirazları, Ermənistanın Qarabağda təxribatları və Sovet rəhbərliyinin siyasi manipulyasiyaları bölgəni qan gölünə çevirməyə səbəb oldu.

1990-cı ilin yanvarında Bakıya göndərilən Sovet qoşunları “nizama salma əməliyyatı” adı altında xalqı cəzalandırmaq məqsədi güdürdü. Amma əsl məqsəd, azadlıq arzularını qan içində boğmaq idi. Gecə yarısı heç bir xəbərdarlıq edilmədən şəhərə tankların girməsi, mülki insanlara qarşı atəş açılması bunun açıq sübutudur. İnsanlar evlərində, küçələrdə, hətta təcili yardım maşınlarında belə hədəf alındılar. Bu, beynəlxalq hüququn bütün normalarına zidd, amansız və qəddar bir soyqırım aktı idi.

Bu faciə yalnız Bakıda baş vermədi. Azərbaycanın digər bölgələrində də insanlar təzyiq və repressiyalara məruz qaldılar. Amma 20 Yanvar hadisələri xalqın iradəsini qıra bilmədi. Əksinə, bu qanlı gecə Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsinə çevrildi.

Sevinc Hüseynova,

Bakı Qızlar Universiteti tələbəsi

Nəsimi rayon gənci

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 20 Yanvar 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri