Icma.az
close
up
RU
“İstedadları uğura aparan yol” adlı jurnal nəşr olunacaq

“İstedadları uğura aparan yol” adlı jurnal nəşr olunacaq

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi tərəfindən həyata keçirilən “Parlaq Ulduzlar” layihəsi çərçivəsində “İstedadları uğura aparan yol” adlı jurnal nəşr olunacaq.

QHT.az xəbər verir ki, bu sözləri birliyin sədri, layihə rəhbəri Vüsalə Sadıqova (Qələndərli) deyib. Onun bildirdiyinə görə, Azərbaycan dövləti tərəfindən həyata keçirilən məqsədyönlü gənclər siyasətinin mühüm istiqamətlərindən biri də istedadlı uşaqların və gənclərin vaxtında aşkarlanması, onların intellektual və yaradıcı potensialının dəstəklənməsi, inkişaf etdirilməsi və ictimaiyyətə tanıdılmasıdır:

“Parlaq Ulduzlar” layihəsi bu siyasətin yerli səviyyədə uğurlu təzahürlərindən biri kimi dəyərləndirilə bilər. "İstedadları Uğura Aparan Yol" adlı jurnal, istedadlı uşaqlar və gənclər haqqında unikal bir nəşr olaraq onların həyat yolunu, qarşılaşdıqları çətinlikləri və əldə etdikləri uğurları işıqlandırmağı məqsəd qoyub. Bu jurnalın əsas məqsədi, həmin gənclərin uğur hekayələrini geniş oxucu kütləsinə təqdim etmək, onların daha çox tanınmasına töhfə vermək və yaşıdlarına ilham qaynağı olmaqdır.

“Jurnalın məzmununda, istedadlı gənclərin böyük əzmlə və qətiyyətlə arzuladıqları sahələrdə necə uğur qazandıqları geniş şəkildə təsvir olunub. Bu hekayələr vasitəsilə onların çətinliklər qarşısında göstərdikləri iradə, özünəinam, vətənpərvərlik və çalışqanlıqları vurğulanıb. Həmçinin, uğurlarına gedən yolda onlara dəstək olan ailələri, müəllimləri haqqında məlumatlara da yer verilib.

Jurnalın digər bir məqsədi, istedadlı gənclərin öz uğur hekayələri ilə yaşıdlarına nümunə olmasıdır. Gənclər, bu jurnal vasitəsilə həm ilham alacaq, həm də qarşılaşdıqları çətinliklərdə necə mübarizə apara biləcəkləri barədə fikir əldə edəcəklər. Jurnalda, eyni zamanda, uğurlu gənclərin tövsiyələri, həmçinin müxtəlif sahələrdə tanınmış ziyalıların gənclərə yönəlmiş məsləhətləri də yer alıb.

Bundan əlavə, jurnalın bir bölməsi gənclərin özlərinə olan inamını artırmaq məqsədilə motivasiyaedici , psixoloji dəstək mövzusunda məsləhətlərə və şəxsi inkişafla bağlı məlumatlara həsr olunub. Gənclər həmçinin, müxtəlif sahələrdə karyera yolları, təhsil imkanları və özlərini necə inkişaf etdirə biləcəkləri haqqında faydalı məlumatlar tapa bilərlər.

"Istedadları Uğura Aparan Yol" jurnalının çapı, yalnız uğur hekayələrini tanıtmaqla kifayətlənmir; həm də bütün gənclərə həyatlarında uğur əldə etmələri üçün ilham verməyi və onları öz istedadlarını reallaşdırmağa təşviq etməyi hədəfləyir. Bu jurnal, istedadların inkişafına və cəmiyyətə töhfə verən yeni nəsil liderlərin yetişməsinə dəstək olmaq məqsədi daşıyır.

İnanırıq ki, bu jurnal istedadlı gənclərin qarşısında yeni üfüqlər açacaq, onlara öz potensiallarını daha geniş miqyasda nümayiş etdirmək üçün əlavə imkanlar yaradacaq və gənclərin inkişafına yönəlmiş dövlət siyasətinə töhfə verəcəkdir”-deyə layihə rəhbəri əlavə edib. .

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 İyun 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri