Icma.az
close
up
RU
QHT İstedadları uğura aparan yol adlı jurnalın təqdimatını keçirdi FOTOLAR /VİDEO

QHT İstedadları uğura aparan yol adlı jurnalın təqdimatını keçirdi FOTOLAR /VİDEO

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Parlaq Ulduzlar” layihəsi çərçivəsində "İstedadları uğura aparan yol" adlı jurnalın təqdimatı keçirildi.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi tərəfindən həyata keçirilən “Parlaq Ulduzlar – Gənc İstedadların Tanıdılması” layihəsi çərçivəsində təntənəli tədbir keçirilib.

Öncə  Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “İstedadları tanıyaq və tanıdaq” İctimai Birliyinin sədri, layihənin rəhbəri Vüsalə Sadıqova (Qələndərli) tədbiri giriş sözü ilə açaraq layihənin əsas məqsədləri, görülən işlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. O, bildirib ki, layihə çərçivəsində istedadlı gənclərin aşkara çıxarılması, onların bacarıqlarının inkişaf etdirilməsi və geniş ictimaiyyətə tanıdılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib.

Tədbirin əsas hissəsində “İstedadları uğura aparan yol” adlı jurnalın təqdimat mərasimi baş tutub. Jurnalda layihə çərçivəsində seçilən istedadlı gənclər haqqında geniş məlumatlar, onların yaradıcılıq nümunələri və gələcək planları yer alıb.

Təqdimatdan sonra layihə çərçivəsində keçirilmiş istedad müsabiqəsinin qalibləri mükafatlandırılıb. Fərqlənən iştirakçılara diplomlar, sertifikatlar və xatirə hədiyyələri təqdim olunub. Mükafatlandırma mərasimində çıxış edən qonaqlar istedadlı gənclərin üzə çıxarılmasının və onların inkişafına dəstək verilməsinin vacibliyini vurğulayıblar.

Tədbirdə şəhid ailələri və qazilər də fəxri qonaq qismində iştirak ediblər. Onların tədbirdə iştirakı böyük mənəvi əhəmiyyət daşıyıb, bu da gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli bir addım kimi qiymətləndirilib.

Tədbirin sonunda istedadlı uşaqlar və gənclərin iştirakı ilə maraqlı konsert proqramı təqdim olunub. Musiqi, rəqs və şeir nümunələri ilə zəngin olan bədii proqram tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb və gənc istedadların parlaq çıxışları böyük alqışlarla qarşılanıb.

Sonda xatirə şəkli çəkdirilib.

 "Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Sentyabr 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see307

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see264

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see234

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see192

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see151

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see143

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see141

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see138

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see134

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see133

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see131

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see129

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see127

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see125

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see124

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see123

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see123

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see121

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see120

Rusiyanın 28 milyon tondan çox nadir torpaq metal ehtiyatları var

24 Oktyabr 2025 02:25see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri