Icma.az
close
up
RU
İstedadlı gənclər üçün daha bir fürsət Yeni layihə başladı

İstedadlı gənclər üçün daha bir fürsət Yeni layihə başladı

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na start verilib. 
Demokrat.az
xəbər verir ki, layihənin məqsədi yüksək bal toplayaraq ali məktəblərə daxil olan, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrə dəstək olmaqdır. 
Proqrama Azərbaycanın bütün ali təhsil müəssisələrinin bakalavr pilləsində əyani təhsil alan, Azərbaycan Respublikasının vətəndaşı olan I kurs tələbələri müraciət edə bilərlər. Bununla yanaşı namizədlərdən ali təhsil müəssisəsinə qəbul imtahanında minimum 600 bal toplamaq, dərsdənkənar fəaliyyətlərdə aktiv iştirak etmək (könüllü, sosial fəaliyyət və s.) tələb olunur. Eyni zamanda proqramda aşağıdakı sosial kriteriyalardan birinə uyğun olan tələbələrin müraciətləri dəyərləndiriləcək. 
• Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
• I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;
• Valideynləri olmayan və ya uşaq evində böyümüş şəxslər;
• Hər iki valideyni (və ya tək valideyni) əlil, işsiz, yaşa görə əmək pensiyası və ya sosial müavinət alan şəxslər;
Proqramın seçim prosesi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələlərindən ibarətdir. Hər 3 mərhələni uğurla tamamlayan 23 tələbə 2024-2025-ci təhsil ili ərzində aylıq 200 AZN məbləğində təqaüd almaq imkanı əldə edəcək.
Proqrama müraciət etmək üçün: https://t.ly/ROLxb
Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun təşkil etdiyi digər təqaüd proqramlarından yararlanan şəxslər bu proqrama müraciət edə bilməzlər. Gələcəyin istedadlı gənclərini dəstəkləmək üçün həyata keçirilən bu təşəbbüs təhsildə bərabər imkanların təmin edilməsinə töhfə verməyi hədəfləyir.
“Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Noyabr 2024 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri