Icma.az
close
up
RU
“İstədiyimi alım, sonra ödəyərəm” prinsipi: Vətəndaşlar kredit içində boğulur, bəs çıxış yolu nədir? KONKRET

“İstədiyimi alım, sonra ödəyərəm” prinsipi: Vətəndaşlar kredit içində boğulur, bəs çıxış yolu nədir? KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Son illərdə Azərbaycanda yalnız mənzil və avtomobil deyil, gündəlik tələbat malları üçün də kredit götürənlərin sayı artır. Xüsusilə, bu meyl gənclər arasında daha geniş yayılıb. Əksəriyyət “istədiyimi alım, sonra ödəyərəm” prinsipi ilə hərəkət edir. Bu tendensiya hansı problemlərə yol aça bilər?

İqtisadçı ekspert Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında bildirib ki, bu tendensiya həm fərdlər, həm də maliyyə sistemi üçün ciddi risklər yaradır:

Əkrəm Həsənov

Ekspertin sözlərinə görə, bu problem təkcə Azərbaycana deyil, bütün dünyaya uyğun tendensiyadır və son 30-40 ildir ki, belə davam edir.

“İstehlak kreditləri ilk növbədə malları və xidmətləri istehsal edənlərin təşəbbüsüdür. Onlar istəyirlər ki, məhsulları daha çox satılsın. Amma insanların əksəriyyətinin əlində pul yoxdur. Buna görə də kreditlə alış-verişə təşviq olunurlar. Bu, banklara da sərfəlidir, çünki bundan gəlir götürürlər”.

Ə.Həsənov qeyd edir ki, əvvəllər insanlar yalnız zəruri hallarda kredit götürürdü, banklar isə daha ehtiyatlı davranırdı:

“Tarixən bank kreditləri biznes məqsədli olub. İstehlak krediti isə son 50 ilin məhsuludur. İnsanlara daha çox mal almaq təbliğat yolu ilə tətbiq edilir.

Ekspert bildirir ki, bu proses iqtisadi inkişaf dövründə ciddi fəsad yaratmasa da, hazırkı qeyri-sabit şəraitdə ciddi risklər doğurur:

“İnsanlar gəlir və xərclərini ölçüb-biçməkdə çətinlik çəkir. İstehlak potensialı yüksəkdir, hamı hər şeyi istəyir. Problem ondadır ki, həmin şəxs gəlirindən, maaşından məhrum olduqda, işsiz qaldıqda krediti qaytara bilmir. Bu da sosial vəziyyətə, psixoloji sağlamlığa ciddi ziyan vurur. Həmçinin banklar üçün də risk yaradır”.

Əkrəm Həsənov belə vəziyyətlərin qarşısını almaq üçün maarifləndirmənin gücləndirilməsinin vacib olduğunu vurğulayır.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 İyul 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri