İstehlaka yararsız 171 kq ət və subməhsulun satışının qarşısı alınıb
Icma.az xəbər verir, Anews saytına əsaslanaraq.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yerli icra orqanlarının əməkdaşları ilə birgə Ağcabədi rayonunun Aşağı Avşar kəndində fiziki şəxsə məxsus həyətyanı sahədə keçirilən monitorinq zamanı istehlaka yarasız ət məhsulları və normativ hüquqi aktların tələblərinə cavab verməyən kustar üsullarla təchiz edilmiş metal konstruksiyalı kəsim qurğuları aşkarlayıb.Bu barədə AQTA məlumat yayıb.
Baxış zamanı satış məqsədilə kəsimi həyata keçirilmiş heyvanın aqoniya halında kəsilməsinə və bakterioloji çirklənməsinə əsaslı şübhələr yarandığı üçün ümumilikdə 171 kq ət və subməhsulu (heyvanın daxili orqanları) müsadirə olunub. Müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Mənşəyi məlum olmayan ətin geri qalan hissəsi isə saxlanca qoyulub.
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 13 Dekabr 2024 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















