İstehlakçı şikayətləri artdı Nədən narazıdırlar?
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda istehlakçıların şikayətlərinin artmasının bir neçə səbəbi var. Birincisi, şikayət imkanları əvvəlkindən daha da genişlənib – internet və müxtəlif platformalar üzərindən insanlar daha rahat şəkildə narazılıqlarını bildirə bilirlər. İkincisi, əhalinin məlumatlılıq səviyyəsi yüksəlib. Üçüncüsü isə qiymət artımları və keyfiyyətsiz məhsullar vətəndaşlarda narazılıq yaradaraq şikayətlərin çoxalmasına səbəb olur.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli istehlakçı şikayətlərində son dövrdə müşahidə olunan 16%-lik artımı şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, şikayətlərin çoxalması həm bazar iştirakçılarına, həm də dövlət orqanlarına ciddi siqnal olmalıdır:
“Çünki müştəri məmnuniyyəti çox vacibdir. Əgər istehlakçı narazıdırsa, deməli, hansısa sahədə problemlər mövcuddur. Buna görə də həm dövlət qurumları, həm də biznes strukturları şikayətlərə daha düzgün və operativ reaksiya verməlidirlər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 24 Sentyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















