“İstəklilər koalisiyası“ ABŞ ni Rusiyaya təzyiqi davam etdirməyə çağırıb
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Ukraynanı dəstəkləyən Avropa ölkələrinin liderləri "istəklilər koalisiyası" çərçivəsində ABŞ Dövlət katibi Marko Rubio ilə videokonfrans zamanı Rusiyaya qarşı sanksiya təzyiqinin davam etdirilməsində israr ediblər.
Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bildirib.
Onun sözlərinə görə, avropalılar ABŞ-ni Rusiyaya təzyiqi davam etdirməyə çağırıblar: "Çünki təzyiq Rusiyanın reaksiya verdiyi yeganə üsul olaraq qalır, biz onu sülhə doğru etibarlı yola çıxmaq üçün səmimi istək yaranana qədər gücləndirməyə davam edəcəyik".
AK rəsmisi vurğulayıb ki, "istəklilər koalisiyası" Ukraynanı dəstəkləməyə davam edəcək və danışıqlarda əsas məsələ ölkənin maliyyələşdirilməsi, o cümlədən dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 25 Noyabr 2025 23:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















