İnvestisiya layihələrinin monitorinqi ilə bağlı təlimlər keçirilib
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
İqtisadiyyat Nazirliyində Dövlət İnvestisiya Proqramına daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi ilə bağlı təlimlər keçirilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Dövlət İnvestisiya Proqramına daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi Qaydaları təsdiq edilib. Qaydalar Proqrama daxil edilən layihələr üzrə hesabatlılığın təmin olunmasını, monitorinqini, nəticələrinin qiymətləndirilməsini müəyyən edir.
Bu Qaydaların effektiv tətbiqi və icrası məqsədilə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Nazirliyin Aparatı və tabeliyindəki qurumların, həmçinin digər sifarişçi dövlət orqanlarının, müəssisə və təşkilatların əməkdaşları üçün təlimlər keçirilib.
Təlimlərdə Qaydalar, eləcə də hesabat formalarının doldurulması ilə bağlı ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
M.Mirzə
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 17 Oktyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















