Icma.az
close
up
RU
İstilik noyabrın 15 də veriləcək Köhnə tikilidə qalanlar nə etməlidir?

İstilik noyabrın 15 də veriləcək Köhnə tikilidə qalanlar nə etməlidir?

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Bakıda havaların kəskin soyuması ilə mənzillərin istilik məsələsi yenidən gündəmə gəlib. Yeni tikilidə yaşayan sakin kombini istədiyi vaxt yandıra, otağın temperaturuna uyğun istiliyi artıra və ya azalda bilir. Köhnə binalarda yaşayanlar isə eyni imkanlara malik deyil. Çünki onların bir hissəsi mərkəzləşdirilmiş istilik sistemindən asılıdır və mövsümün başlanmasını gözləməli olur.

“Yeni Sabah” bildirir ki, hazırkı qaydalara görə, Bakı və digər rayonlarda istilik mövsümü noyabrın 15-dən aprelin 15-dək nəzərdə tutulur.

Bəs oktyabrın sonu, noyabrın əvvəllərində hava artıq ciddi şəkildə soyuyanda köhnə tikilidə yaşayan sakin nə etməlidir? Dördpendirli pizza

Evi qızdırmaq üçün alternativlər var, amma...

Belə havalarda mənzilin temperaturunu qorumağın ən sadə yollarından biri elektriklə işləyən əlavə qızdırıcılardan istifadə etməkdir. Elektrik radiatoru, yağ radiatoru və digər qızdırıcılar soyuq günlərdə mənzilin temperaturunu yüksəldir, lakin bu cihazlardan istifadə zamanı elektrik şəbəkəsinə düşən yük mütləq nəzərə alınmalıdır. Xüsusilə köhnə binalarda elektrik naqillərinin vəziyyəti qənaətbəxş olmaya bilər. Eyni xəttə bir neçə güclü elektrik cihazının qoşulması naqillərin həddindən artıq qızmasına, avtomatın atmasına və daha ciddi təhlükələrin yaranmasına səbəb ola bilər.

Bu səbəbdən elektrik qızdırıcılarını keyfiyyətsiz uzadıcı və çoxaldıcılara qoşmaq məsləhət görülmür. Cihaz istehsalçının tələblərinə uyğun, təhlükəsiz elektrik xəttinə qoşulmalıdır. Eyni vaxtda bir neçə yüksək güclü cihazdan istifadə etməkdən də mümkün qədər çəkinmək lazımdır.

“Soyuqdur, pəncərəni heç açmayaq…”

Mənzili isti saxlamaq istəyən sakinlərin yol verdiyi digər səhv havalandırmadan tam imtina etməkdir. Soyuq havada pəncərəni uzun müddət açıq saxlamaq, təbii ki, otağın temperaturunu aşağı salır. Ancaq mənzili ümumiyyətlə havalandırmamaq da düzgün deyil. Çünki otaqda yığılan rütubət, xüsusilə divarlar soyuq olduqda, kondensasiyaya və son nəticədə kif yaranmasına səbəb olur. Yemək bişirmək, duş qəbul etmək, paltar qurutmaq və hətta nəfəs alma zamanı otaqda su buxarı yaranır. Havalandırma olmadıqda həmin rütubət otaqda qalır və soyuq səthlərdə toplanır. Bu baxımdan pəncərəni saatlarla açıq saxlamaq əvəzinə, mənzili qısa müddət ərzində, lakin müntəzəm şəkildə havalandırmaq daha məqsədəuyğundur.

Mebelləri soyuq divardan uzaqlaşdırmaq da kömək edir

Köhnə binalarda rütubət problemi xüsusilə xarici divarlarda özünü göstərir.  İri şkaf, yataq və digər mebellər divara sıx yerləşdirildikdə həmin hissədə hava dövranı zəifləyir. Bu da divarın qurumasını çətinləşdirərək kif yaranması riskini artırır. Ona görə də soyuq və xarici divarlarla mebel arasında müəyyən məsafə saxlamaq, otaqda havanın sərbəst hərəkətinə imkan vermək vacibdir.

Radiatorun qarşısını bağlamaq istiliyi azaldır

Mərkəzi istilik sistemi işə düşdükdən sonra da sakinlərin diqqət etməli olduğu məqamlar var. Radiatorun qarşısına iri mebel, qalın pərdə və digər əşyalar qoyulduqda isti havanın otağa yayılması zəifləyir.  Nəticədə radiator işləsə də, mənzil lazımi qədər isinmir.

“Azəristiliktəchizat” ASC də radiatorların texniki vəziyyətinə nəzarətin və zərurət yarandıqda onların dəyişdirilməsinin mənzil sahibinin öhdəliyində olduğunu bildirir. Qurumun məlumatına görə, sızan və ya yararsız vəziyyətdə olan radiator vaxtında dəyişdirilməlidir.

Bəs kombi quraşdırmaq mümkündürmü?

Mərkəzləşdirilmiş istilik sisteminə qoşulmuş binada mənzil sahibinin özbaşına ümumi istilik sisteminə müdaxilə etməsi düzgün deyil. “Azəristiliktəchizat”ın açıqlamasına görə, mənzildə fərdi qızdırıcı avadanlıqdan istifadə edilərkən binadan keçən ümumi istilik xətləri, yəni dik dayaqlar toxunulmaz saxlanılmalıdır. Mənzil daxilindəki qızdırıcı cihazların ümumi şəbəkədən ayrılması üçün isə müvafiq prosedurdan keçmək və rəsmi müraciət etmək tələb olunur. Yəni istilik gəlmir, radiatoru özüm kəsim, kombi çəkim yanaşması ilə ümumi sistemə müdaxilə etmək olmaz. Belə müdaxilə yalnız konkret mənzilin deyil, binadakı digər mənzillərin də istilik təminatına təsir göstərə bilər.

Əsas problem isə fərdi tənzimləmənin olmamasıdır

Məsələnin əsas tərəflərindən biri də budur ki, mərkəzləşdirilmiş istilik sistemindən istifadə edən sakin mənzilində temperaturu istədiyi kimi tənzimləyə bilmir.

Yeni tikilidə yaşayan sakin soyuq günlərdə kombini yandırır, hava mülayimləşəndə isə söndürür və ya dərəcəsini azaldır. Mərkəzləşdirilmiş sistemdə isə istiliyin verilməsi mövsümün başlanması ilə müəyyən edilir və sakinin fərdi seçim imkanları daha məhdud olur.

İstilik təchizatında sayğaclaşdırma və fərdi tənzimləmə məsələsi də bu baxımdan önəmlidir. “Azəristiliktəchizat”ın məlumatına görə, sayğac quraşdırılmadığı halda əhali üçün istilik haqqı mənzilin ümumi sahəsinin hər kvadratmetrinə görə aylıq 0,45 manat hesablanır. Sayğac olduqda isə ödəniş istehlak edilən istilik enerjisinin miqdarına əsasən aparılır.

Əsmətxanım Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Oktyabr 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri