Icma.az
close
up
RU
“İstilik təchizatı haqqında” qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə tövsiyə olunub

“İstilik təchizatı haqqında” qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə tövsiyə olunub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 23-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Sadiq Qurbanov “İstilik təchizatı haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını bildirib.

O, Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin I bəndinə uyğun olan bu qanun layihəsinin istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi), satışı və istehlakı ilə bağlı istilik təchizatı subyektləri, istehlakçılar və istilik təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyən, istilik təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən ilk qanunvericilik aktı olduğunu bildirib. Məlumat verilib ki, qanun layihəsi hazırlanarkən Avropa ölkələrinin və digər ölkələrin təcrübəsinə istinad edilib.

Daha sonra energetika nazirinin müavini Samir Vəliyev Prezident İlham Əliyevin müəyyən etdiyi energetika siyasəti çərçivəsində son illər bir sıra yeni qanunların qəbul edildiyini və bu sahəni tənzimləyən qanunvericilik aktlarının müasir tələb və çağırışlara uyğunlaşdırıldığını söyləyib. O, “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”, “Elektroenergetika haqqında” qanunların bu baxımdan əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edilib ki, qanun layihəsində ilk dəfə olaraq bu sahədə dövlət siyasətinin əsas prinsipləri, dövlət tənzimləməsinin əsas məqsədləri, istilik təchizatı sektorunda dövlətin vəzifələri, istilik təchizatı sektorunda tənzimləyicinin səlahiyyətləri ilə bağlı müddəalar yer alıb.

Məlumat verilib ki, istilik təchizatı sektorunda ən aktual problemlərdən biri istiliklə təmin edilən yaşayış binalarında binadaxili mühəndis istilik kommunikasiyalarının balans mənsubiyyəti ilə əlaqədar onların saxlanması, təmiri və bərpası ilə əlaqədar mövcud problemlərin həllində balans saxlayıcısı olaraq dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifələrinin aydın şəkildə əks etdirilməsidir.

Daha sonra Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov və “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəyev bildiriblər ki, qanun layihəsinə bərpaolunan enerji mənbələrindən və su ehtiyatlarından istifadə, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi, ətraf mühitin mühafizəsinə dair müddəaların daxil edilməsi sahənin inkişafı üçün ciddi əsasların və stimulların yaranmasına imkan verəcək.

Qanun layihəsinin müzakirəsində çıxış edən deputatlar məsələ ilə bağlı sual və təkliflərini səsləndiriblər.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri