Icma.az
close
up
RU
Milli Məclisdə İstilik təchizatı haqqında qanun layihəsi ilə bağlı dinləmə təşkil olunub

Milli Məclisdə İstilik təchizatı haqqında qanun layihəsi ilə bağlı dinləmə təşkil olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 4-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində “İstilik təchizatı haqqında” qanun layihəsi ilə əlaqədar dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov dinləmədə müzakirəyə çıxarılan qanun layihəsinin vacibliyindən danışıb. O qeyd edib ki, bu, vətəndaşların gündəlik həyatına, sosial rifahına, şəhərsalma proseslərinə və enerji təhlükəsizliyinə birbaşa təsir göstərən sənəddir. Komitə sədri diqqətə çatdırıb ki, müasir yanaşmalara uyğun hazırlanmış “İstilik təchizatı haqqında” qanun layihəsi istilik enerjisinin istehsalı, paylanması, satışı və istifadəsinə dair hüquqi, iqtisadi və təşkilati əsasları müəyyənləşdirir.

Layihənin əsas müddəalarından bəhs edərkən komitə sədri vurğulayıb ki, sənəddə mərkəzləşdirilmiş istilik sistemlərinin təkmilləşdirilməsi, fərdi istilik sistemlərinin hüquqi statusu, enerji resurslarından istifadədə səmərəliliyin artırılması və bərpaolunan enerji mənbələrindən istifadənin stimullaşdırılması məsələləri xüsusi yer tutub. Həmçinin layihə istilik təchizatı sektorunun səmərəli, təhlükəsiz və davamlı fəaliyyətini təmin etməklə dövlət-özəl tərəfdaşlığını, texniki tələblərin standartlaşdırılmasını və bazar mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur.

Həmçinin qanun layihəsinin parlamentdə birinci oxunuşda geniş müzakirələri barədə məlumat verilib.

Dinləmədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım mövzu ilə bağlı çıxış ediblər. Onlar qanun layihəsinin aktuallığından söz açıb, Azərbaycanda energetika sahəsi ilə bağlı vacib qanunların qəbul edilməsinin enerji istehsalında, idarəçiliyində və səmərəliliyində ciddi irəliləyişlərə səbəb olduğunu bildiriblər. Vurğulanıb ki, müzakirə edilən qanun layihəsinin qəbulu istilik enerjisi təchizatının keyfiyyətini yüksəldəcək, binaların istilik təchizatı ilə bağlı bir çox məsələlərin effektiv həllinə kömək edəcək.

Məsələ ətrafında aparılan müzakirələrdə deputatlar Asif Əsgərov, Naqif Həmzəyev, Aydın Hüseynov, Əlibala Məhərrəmzadə, Vüqar Rəhimzadə çıxış edərək, qanun layihəsində istilik enerjisinin istehsalı və istehlakı ilə bağlı təsbit olunan məsələlərin əhəmiyyəti, iqtisadi mahiyyəti, mərkəzləşdirilmiş istilik təchizatının üstünlükləri barədə fikirlərini bölüşüblər.

Sonra iclasda energetika nazirinin müavini Elnur Soltanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov, İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət şöbəsinin müdiri Toğrul Quliyev, Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsi müdirinin müavini Elmar Hüseynzadə, “Azəriqaz” İstehsalat Birliyinin Hüquq departamentinin rəisi Vüqar Eyvazov, “AzərEnerji” ASC-nin Texniki-istehsalat idarəsinin rəisi Vaqif Tağıyev, Fövqəladə Hallar Nazirliyinin Maye və təbii qaz obyektlərində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Eldar Əhmədov, MİDA MMC-nin şöbə müdiri Rizvan Şərifov, “Kristal Abşeron” MTK-nın icraçı direktoru İbrahim Dostumalıyev, “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev çıxış ediblər.

Çıxışçılar yeni qanun layihəsinin zəruriliyini qeyd edərək, onun hazırlanması zamanı iqtisadi və sosial təsirlərin qiymətləndirilməsini, beynəlxalq təcrübənin, ölkəmizin reallıqlarının nəzərə alınmasını yüksək qiymətləndiriblər. Sənədin istilik təchizatı sektorunun inkişafı, istilik təchizatı obyektlərinin tikintisi, yenidən qurulması, istilik şəbəkələrinin təhlükəsizliyinin təmin edilməsi, habelə istilik enerjisi istehsalçılarının və istehlakçılarının maraqlarının qorunması nöqteyi-nəzərindən əhəmiyyətindən söhbət açıblar.

Qaldırılan məsələlərə münasibət bildirən aidiyyəti qurumların nümayəndələri ölkədə istilik təchizatı sahəsində həyata keçirilən tənzimləmə qaydalarından bəhs edib, çoxmənzilli binalarda mərkəzləşdirilmiş istilik sistemlərinin tətbiqinin nəzərdə tutulduğunu, bunun səmərəlilik və təhlükəsizlik baxımından daha əlverişli olduğunu, habelə ekoloji mühitin qorunmasına xidmət etdiyini qeyd edib, istilik təchizatı sahəsində dövlət-özəl tərəfdaşlığının əhəmiyyətindən danışıblar.

İctimai dinləməyə yekun vuran komitə sədri Sadiq Qurbanov qanun layihəsinin mükəmməl şəkildə hazırlandığını, məsələ ilə bağlı səmərəli müzakirələrin keçirildiyini və bunun maarifləndirmə nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri