Icma.az
close
up
RU
İstiliklə bağlı qiymətlər narazılıq yaratdı: vacib detallar üzə çıxdı RƏSMİ

İstiliklə bağlı qiymətlər narazılıq yaratdı: vacib detallar üzə çıxdı RƏSMİ

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Azərbaycanda istilik qiymətləri bahalaşıb. Belə ki, “Azəristiliktəchizat” ASC-dən daxil olmuş müraciət əsasında Tarif Şurasının (TŞ) iclasında əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifləri artırılıb. Yeni qərar cəmiyyətdə narazılıq doğurub və tənqidlərə səbəb olub. Bir çox ekspertlər qiymət artımının əhalinin maddi vəziyyətinə mənfi təsir göstərəcəyini bildirir, tariflərin yenidən nəzərdən keçirilməsini təklif edirlər.

Tariflərin dəyişdirilməsinə səbəb nə oldu? İndiki halda buna ehtiyac var idimi?

Globalinfo.az-a danışan “Azəristiliktəchizat” ASC-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Rüxsarə Babayeva deyib ki, qanunvericiliyı əsasən Tarif Şurası xidmətin tarifini müəyyənləşdirir:

“Cari ilin noyabr ayından yeni tarif sayğac quraşdırılmadığı halda, 1 m² sahəyə görə aylıq 45 qəpik, sayğac quraşdırıldığı halda isə 1 Qkal üçün 21 manat müəyyən edilib. Buna baxmayaraq, “Azəristiliktəchizat” ASC abonentlərinin orta aylıq isitmə xərci hələ də fərdi qaz abonentlərinin ümumi orta isitmə xərcindən yüksək olmayacaq. Nəzərə alınmalıdır ki, mərkəzi istlik təchizatından fərqli olaraq, fərdi isitmə vasitələrində abonent qaz xərcindən əlavə, həm də kombi qazanları kimi fərdi istilik sistemlərinin xərcini də özü qarşılayır”.

Rüxsarə Babayeva

Qurum rəsmisi qeyd edib ki, əhaliyə göstərilmiş istilik təchizatı xidmətinin maya dəyəri 1 m² sahə üçün aylıq 1,10 manat təşkil edir:

“Lakin mövcud tarif maya dəyərindən bir neçə dəfə aşağıdır. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır. Bu səbəbdən əhaliyə göstərilən istilik təchizatı xidmətinə görə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb. Bu tarif tənzimləməsi “Azəristiliktəchizat” ASC-nin dövlət büdcəsindən asılılığının azalmasına, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlığının təmin edilməsinə şərait yaradacaq. Bu hədəflərə çatmaq üçün hazırda genişmiqyaslı yenidənqurma və texniki modernizasiya işləri də aparılır.

Həmçinin oxuyun:

Azərbaycanda istilik tarifləri dəyişdirildi

Yeni tarif müəyyənləşdirilərkən istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması, istehlakçıların alıcılıq qabiliyyəti, istehsal və xidmət şərtləri, alternativ isitmə sistemlərinin mövcudluğu, enerji resursların daha səmərəli istifadə imkanları, qiymət amilinin istiqamətləndirici və məhdudlaşdırıcı təsirindən istifadə kimi əsas prinsipləri nəzərə alınıb. Qeyd olunan tarif dəyişiklikləri Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli 303 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na uyğun olaraq dağ rayonlarında 2025-ci il 1 noyabr tarixindən, digər ərazilərdə isə 2025-ci il 15 noyabr tarixindən qüvvəyə minəcək”.

İqtisadçı Günay Hüseynova bildirib ki, qiymət artımı xidmət keyfiyyətinin yaxşılaşdırılması, texniki qurğu və avadanlığın təmiri, quraşdırılma xərcləri, həmçinin işçilərin əmək haqlarının artırılması üçün nəzərdə tutulur:

“Lakin sosial-iqtisadi şəraiti nəzərə alaraq, hazırda bu qərara ehtiyac yox idi. İnsanların sosial imkanları əlavə qiymət artımına görə tarifləri ödəməkdə çətinlik yaradır. Hər il 1 yanvar tarixində minimum əməkhaqqı artırılır. Ötən illə müqayisədə bu il vergi və kəsintilər xaricində 50 manatlıq bir artım olub. Aylıq inflyasiya, mal və xidmətlərin qiymətinin aşağı həddə qalması ilə əlaqədar olaraq, artan məbləğ də nəzərə çarpır. Bu səbəbdən yeni tarifin tətbiqini məqsədəuyğun hesab etmirəm. Əgər bu sahədə yeniliklər, yaxud xidmət keyfiyyətinin artırılması və digər xərclərə ehtiyac varsa, bu, dövlət büdcəsindən maliyyələşməlidir”.

Günay Hüseynova

İqtisadçı əlavə edib ki, sosial-iqtisadi sahələrdə qiymət artımı olarsa, vətəndaşların təklifi ilə təyin edilməsi məqsədəuyğun olardı:

“Dövlət büdcəsi kifayət qədərdir. Paralel olaraq, son dövrlərdə iqtisadi və ticarət tərəfdaşlarımızın sayı artıb. Buna görə də bu sahənin xərclərinin vətəndaşın cibindən çıxması doğru deyil. Konstitusiyada da vətəndaşların iqtisadi və sosial rifahının yaxşılaşdırılması prinsipi qeyd olunub”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 İyul 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri