Icma.az
close
up
RU
Oranın azad edilməsi müharibənin taleyində mühüm rol oynadı

Oranın azad edilməsi müharibənin taleyində mühüm rol oynadı

Icma.az, Axar.az saytına istinadən bildirir.

Oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsinin 6 ili tamam olur. Bu tarix, həm də “Qubadlı Şəhəri Günü” kimi qeyd edilir. Zəfər tariximizin təntənəli şəkildə qeyd olunması qürurvericidir.

Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.

O bildirib ki, Vətən müharibəsində Qubadlının işğaldan azad edilməsi müharibənin taleyində mühüm rol oynayıb:

"Azərbaycan Prezidenti İlham Əliyev də Qubadlının işğaldan azad olunmasının birinci ildönümündə Qubadlı ictimaiyyəti ilə görüşündə bu məqamı xüsusi vurğulamışdı. Çünki Qubadlıdan sonra Azərbaycan Ordusu Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdi. Beləliklə, Laçın dəhlizi nəzarətə götürüldü. Bu isə artıq müharibənin taleyinin həll edilməsi demək idi. Düzdür, hələ Şuşa uğrunda şiddətli döyüşlər irəlidə idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı. Ancaq dövlət başçısının da qeyd etdiyi kimi, artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qarşımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq. Şuşanın işğaldan azad edilməsindən sonra düşmən məğlubiyyətin qaçılmaz, müqavimətin mənasız olduğunu, ordusunun qalıqlarının da məhv ediləcəyini dərk etdi. Buna görə də noyabrın 9-da artıq Ermənistan tərəfi də öz məğlubiyyətini qəbul etdi, etiraf etdi, bu məğlubiyyətlə barışdı və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı".

Deputat şəhidlərimizin bizim qəlbimizdə əbədi yaşayacağını, Azərbaycan xalqı, indiki nəsil və gələcək nəsillərin həmişə şəhidlərimizlə fəxr edəcəyini vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, işğal dövründə Qubadlı şəhəri də demək olar ki, yerlə-yeksan edilib:

"Amma qürurvericidir ki, möhtəşəm quruculuq işlərinə start verilib. Dövlət başçısı İlham Əliyev Baş plan hazırlanarkən Qubadlının təbiəti, tarixi keçmişinin nəzərə alınması barədə tapşırıq verib. Ümumiyyətlə, bu məqama işğaldan azad olunmuş bütün ərazilərdə bərpa və yenidənqurma işlərində xüsusi önəm verilir. Digər tərəfdən, indi Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir ki, bu yoldan insanlar rahat istifadə edəcəklər.

Eyni zamanda, Qubadlı rayonu ərazisindən iki böyük çay – Bazarçay və Həkəri çayı keçir. Bu, böyük sərvətdir, çünki indiki şəraitdə su resursları dünyada gələcəkdə əsas yəni, yaşayış üçün əsas resurs kimi artıq tanınır. Bütün bunları nəzərə alaraq, gələcəkdə iqtisadi inkişafa nail olunması və düzgün planlaşdırma aparılması da dövlət başçısının xüsusi diqqətindədir. Bütün bunlar bir daha göstərir ki, işğaldan azad edilmiş digər ərazilər kimi Qubadlı da cənnətə çevriləcək".

Samir Vəliyev qeyd edib ki, tarixi Qələbəmizdən bu günədək Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara səfərləri bu sevinci xalqla paylaşmaq istəyini aydın şəkildə nümayiş etdirir:

"Tezliklə bütün planlar həyata keçəcək, bütün soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq. Artıq Qarabağda və Şərqi Zəngəzurda yeni həyat başlayıb. Qarabağla, Şərqi Zəngəzurla Azərbaycan dünyaya özünün yeni inkişaf modelini təqdim edir. Qürurverici haldır ki, bu gün uğurlu layihələrin icrası sürətlə və operativ şəkildə həyata keçirilir. Müharibədə qazandığımız zəfərimiz bizi daha da gücləndirir və qüdrətləndirir. Ölkəmiz bütün sahələrdə sürətlə irəliləyir və bu dünya təcrübəsində çox nadir rast gəlinən inkişaf tempidir. İşğaldan azad olunmuş rayonlarımızda beynəlxalq standartlara cavab verən hava limanlarının, su elektrik stansiyalarının istifadəyə verilməsi, avtomobil yollarının, tunellərin və digər infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin iqtisadi qüdrətinin təntənəsindən xəbər verir. Bir sözlə, bu gün Qubadlı rayonunun da gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər görülür. Cari il iyunun 16-da Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə başlanılıb. Hazırda ərazidə tikinti işləri sürətlə davam etdirilir. Yaşayış kompleksinin ümumi ərazisi 3,34 hektardır. Layihəyə əsasən, burada ümumilikdə 21 yaşayış binasının inşası nəzərdə tutulub. Binalarda 176 mənzil yerləşəcək. Bundan əlavə, Qubadlının Mahruzlu və Zilanlı kəndləri də yenidən qurulur. Böyük Qayıdış proqramı çərçivəsində Qubadlı sakinləri də dogma torpaqlarına qayıtmaq sevincini yaşayacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://axar.az
archiveBu xəbər 23 Oktyabr 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri