“İsveç şousu: Azərbaycanın üzərindən keçdik” isveçli jurnalist yığmamızdan iki futbolçunu bəyənib
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
"İsveç Azərbaycan üzərində asan qələbə qazandı. Milli komandamız rəsmən rəqibinin üzərindən keçdi".
"Football-plus.az" xəbər verir ki, bu sözlər "SvenskaFans" nəşrinin yazarı Maksimial Damma məxsusdu. İsveçli həmkarımız millimizin məğlubiyyətini belə şərh edib:
"İsveç Azərbaycanla matça çox yaxşı başladı. Millimizə rəqibin müqavimətini qırmaq üçün cəmi 11 dəqiqə bəs etdi. Deyan Kulusevskinin qolundan sonra hər şey daha asan oldu. Onun dublu, Viktor Dyökereşin pokeri sayəsində qonaqları 6:0 hesabıyla məğlub etdik. Düzdü, rəqib 4-cü sırada qərarlaşan, ilk beş oyunda qələbə qazana bilməyən Azərbaycan idi. Lakin yığmamızın parlaq oyun göstərdiyinə şübhə yoxdu. Qonaqların heyətindən Rza Cəfərov və Toral Bayramovu fərqləndirə bilərik. Hətta Cəfərov İsakın penalti zərbəsini dəf etdi. Bayramovun qol vurmaq istədiyi, amma bəxtsizlik yaşadığı bəlli idi. Üç qol buraxandan sonra fasiləyə yollanan Azərbaycan millisində ikinci hissədə dəyişikliklər edildi. Portuqaliyalı mütəxəssis Fernando Santuş üç futbolçunu əvəzləsə də, İsveçi dayandırmaq mümkün olmadı.
Beləliklə, millimiz parlaq qələbə qazandı. İsveçin gələcəyi parlaq və gözəldi!"
Bəs bizim?!
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 20 Noyabr 2024 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















