İsveç Ukraynaya qırıcıları dondurulmuş Rusiya aktivləri hesabına verməyi nəzərdən keçirir
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
“Gripen” qırıcıları Ukraynaya dondurulmuş Rusiya aktivləri hesabına verilə bilər.
APA xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Yohnson SVT telekanalına açıqlamasında bildirib.
“Biz hazırda Ukraynaya dəstək üçün dondurulmuş Rusiya aktivlərindən istifadənin mümkünlüyünü nəzərdən keçiririk”, – Yohnson vurğulayıb.
Bir “Gripen E” təyyarəsinin dəyəri təqribən 85 milyon ABŞ dollarına bərabərdir. Beləliklə, Ukraynaya satılması planlaşdırılan 100 təyyarənin ümumi qiyməti 8,5 milyard dollar təşkil edəcək.
Qeyd edək ki, bir gün əvvəl İsveçin Baş naziri Ulf Kristersson Ukrayna Prezidenti Volodimir Zelenski ilə müdafiə sahəsində niyyət protokolunu imzalayıb. Kristersson bildirib ki, Stokholm yaxın gələcəkdə Ukraynaya 100–150 ədəd Gripen E qırıcısının satışını planlaşdırır.
Bu addım, ekspertlərin fikrincə, Ukraynanın hava müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək və Avropanın birgə təhlükəsizliyinə yeni impuls verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 23 Oktyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















