İsveç yığmasının kapitanı: Azərbaycanlı futzalçılar döyüşkən mübarizə apardılar AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı,18 dekabr, AZƏRTAC
“Azərbaycan millisi yaxşı komandadır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında futzal üzrə İsveç millisinin kapitanı Petrit Zubi Avropa çempionatının əsas mərhələsində Bakıda Azərbaycan yığması ilə 3:3 hesablı etdikləri oyun barədə danışarkən deyib.
O, matçın son saniyələrində buraxdıqları qola görə məyus olduğunu bildirib: “Qələbə qazanmağa yaxın idik. Təəssüf ki, buna nail ola bilmədik. Rəqib oyunçular meydanda döyüşkən mübarizə apardılar. Qarşıdakı matçlara ciddi şəkildə köklənməliyik”.
Təcrübəli futzalçı Bakı şəhərini bəyəndiyini söyləyib: “Paytaxtınız çox gözəl və sakitdir. Qonaqpərvərlikdən razı qaldıq. Azərbaycana təşəkkür edirəm”
Qeyd edək ki, Azərbaycan millisi növbəti görüşünü yanvarın 31-də səfərdə Xorvatiyaya qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 18 Dekabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















