Icma.az
close
up
RU
İsveçdəki həmyerlimiz: AFFA dan heç bir dəvət almamışam

İsveçdəki həmyerlimiz: AFFA dan heç bir dəvət almamışam

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsveçin 2-ci liqa təmsilçisi olan "İFK Kumla"nın qapısını qoruyan 2007-ci il təvəllüdlü, əslən Azərbaycandan olan Murad Abdurrəhmanov Sportal.az saytına açıqlama verib. "Örebro"nun yetirməsi İsveç klubundakı durumundan bəhs edib: 

"İşlərim yaxşıdır. “Kumla”da A komandasnda oynayıram, həm də U-19-da oyunlara çıxıram. Müqaviləm 2026-cı ilin yayına qədərdir. İsveçdə artıq mövsüm bitib, hazırda istirahət edirik. A komandasında 4 matçda oynamışam, U-19-un heyətində isə bütün oyunlarda komandanın qapısını özüm qorumuşam. Nəticələrimiz də normaldır:U-19 liqasında 5-ci, A komandamız isə 2-ci liqada 14 klub arasında 6-cı yerdə qərarlaşdı. Mövsümü yaxşı keçirdiyimizi demək olar. “Kumla”ya yeni baş məşqçi yayda gəlmişdi. Yeni mövsüm daha yaxşı çıxış edəcəyik. Klub daha çox gənclərə ümid bəsləyir. Təki, zədəsiz mövsüm alınsın".

Abdurrahmanov İsveçin yüksək liqasında çıxış edən klubların diqqətmərkəzinə düşməyin real olduğunu da açıqlayıb: “Ümid edirəm ki, İsveç yüksək liqasının klublarında oynamaq mənə qismət olar. İkinci liqa matçlarına çox skaut gəlir. Bizim komandada bir futbolçu “Allsvenskan”, yəni yüksək liqa təmsilçisi olan “Degerfors”la müqavilə imzaladı. Daha bir futbolçumuz isə 1-ci liqa komandasına keçdi. Özünü hər matçda yaxşı göstərməlisən, üzərində çox işləməlisən. Bizdə komandada qapıçılar arasında yaxşı rəqabət var. Baxaq görək, gələcəkdə necə olacaq”.

Həmyerlimiz AFFA-dan dəvət gəlmədiyini də deyib: "Azərbaycandan təklifim yoxdur, nə klublardan, nə də millidən. AFFA-dan heç bir dəvət almamışam. İki il əvvəl mənimlə əlaqə saxladılar, dedilər maraqlansalar, toplanışa çağıracaqlar. Mən də həmişə hazıram buna. İsveç yığmasına düşmək, yoxsa Azərbaycan millisi? Düzü, Azərbaycan millisində oynamaq istəyərdim. Amma İsveç yığması da reytinqdə daha yaxşı yer tutur, bu millidə də oynamaq olar. Milli komandamıza qarşıdakı matçlarda uğurlar arzulayıram. Mən “Qarabağ”la fəxr edirəm. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram. “Qarabağ” – “Çelsi” oyununu İsveç televiziyası vasitəsi ilə canlı izlədim. Komandamızla fəxr edirdim. Çünki isveçli şərhçilər “Qarabağ” haqda çox yaxşı danışırdılar, əla fikirlər söyləyirdilər. Komanda yoldaşlarım da məndən “Qarabağ” haqda maraqlanırdılar. Onlara qalan 3 matçda da ən yaxşı nəticələri arzulayıram".

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://sportal.az
archiveBu xəbər 30 Noyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see683

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see374

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see238

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see216

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see191

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see189

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see188

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see183

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see182

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see182

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see181

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see177

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see176

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see174

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see173

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see172

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see170

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see170

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri