İsveçrə gələn həftə Cenevrədə keçiriləcək ABŞ İran danışıqlarını təsdiqləyib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 15 fevral, AZƏRTAC
Oman gələn həftə Cenevrədə ABŞ və İran arasında danışıqlar təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Pyer Qobet məlumat verib.
“İsveçrə Xarici İşlər Nazirliyi tərəflərlə əlaqə saxlayır və münaqişənin gərginliyinin azaldılmasına yönəlmiş istənilən diplomatik təşəbbüsü dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyir. Bu kontekstdə nazirlik gələn həftə Cenevrədə Omanın ABŞ və İran arasında danışıqları təşkil edəcəyini təsdiqləyir”, – deyə P.Qobet bildirib.
O, ölkəsinin bu danışıqları alqışladığını və dəstəklədiyini vurğulayıb. Əlavə edib ki, İsveçrə Vaşinqton və Tehran arasında dialoqu asanlaşdırmaq üçün “istənilən vaxt öz xoşməramlı xidmətlərini təklif etməyə” hazırdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 15 Fevral 2026 04:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















