Icma.az
close
up
RU
İsveçrə nə istəyir?

İsveçrə nə istəyir?

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Dünya sülh gözləyir, Bern separatizmə dəstək olur

30 il davam etmiş Ermənistanın işğal siyasəti, təcavüzü və nəhayət “Qarabağ münaqişəsi” 6 ildir ki, başa çatıb, tarixə qovuşub. Ötən 6 ildə Azərbaycan özünün ərazi bütövlüyünü, suverenliyini bərpa edib, qondarma separatçı rejimi ləğv edib, Azərbaycan qanunlarını pozan cinayətkarlara layiqli cəzalarını verib. Vaxtilə münaqişə tərəfləri olmuş Azərbaycan ilə Ermənisan arasında sülh sazişi razılaşdırılıb və paraflanıb - təxminən 6 aydır ki, regionda sülh şəraiti hökm sürür. Paralel olaraq hər kəs 2026-cı ildə sülh müqaviləsinin imzalanmasını gözləyir - bir sözlə, artıq yeni bir mərhələ, yeni bir dövr başlayır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bununla bağlı Konstitusiyasında dəyişikliklər edilməsini istisna etmir. Bakı bu şərti zəruri sayır və sülh üçün yalnız bir addım qalır. Regiondakı yeni reallıqları artıq bütün dünya qəbul edib - hətta vaxtilə açıq şəkildə işğalçı Ermənistanı dəstəkləyən, separatçı rejimə legitimlik qazandırmaq üçün bütün vasitələrə baş vuran ölkə və təşkilatlar belə bu reallıqlarla barışıb. Amma deyəsən, bu realıqları tək bir dövlət ya “anlamayıb”, ya da qəbul etmək istəmir...

Revanşist ermənilərə açıq dəstək...

Bir az geriyə getsək, 2023-cü ildən sonra İsveçrə Konfederasiyasında Qarabağ məsələsi ilə bağlı bir sıra təşəbbüslər irəli sürüldü. Xüsusilə, parlamentdə “Swiss Peace Initiative for Nagorno-Karabakh” (“Dağlıq Qarabağ üzrə İsveçrə Sülh Təşəbbüsü”) adlı layihə ortaya atıldı ki, bu da revanşist erməni qüvvələrinə açıq dəstək kimi qiymətləndirilirdi. Həmin dövrdə İsveçrə parlamentində “Dağlıq Qarabağ: Sülh Forumu” adlı bədnam qətnamə qəbul edildi - təxribatçı qətnamənin müəllifi deputat Erik Fontobel idi.

Bu qondarma iddia 2020-ci il atəşkəs razılaşmasından və 2023-cü il antiterror əməliyyatlarından sonra formalaşmış reallıqları inkar etmək cəhdi idi. Yəni açıq desək, İsveçrə parlamentariləri vəziyyəti Azərbaycanın hərbi qələbəsi olmayıbmış kimi və ya Qarabağ separatçıları acı məğlubiyyətə uğramayıbmış kimi anlamağa, hətta anlatmağa çalışırdılar. Prosesi bir az da irəli apararaq “Sülh Fondu” yaradılması ideyası belə ortalığa atıldı. Bütün bunlar isə paralel olaraq, sülh sazişinə gedən yolda maneələr yaratmaq cəhdi idi. İsveçrə parlamentinin bu addımları Ermənistandakı revanşist qüvvələrə birbaşa dəstək idi və təəssüf ki, hələ də belədir.

Vətəndaş cəmiyyətinin İsveçrə səfirliyinə sualları...

Yeri gəlmişkən, Azərbaycan Milli QHT Forumu İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri Tomas Ştəliyə (Thomas Stahli) açıq məktub ünvanlayıb. Məktubda bildirilir ki, Azərbaycan vətəndaş cəmiyyəti təsisatları İsveçrə Konfederasiyasında sistemli şəkildə anti-Azərbaycan narrativinin formalaşdırılması cəhdlərini müşahidə edir. İsveçrə parlamentinin hansısa “Sülh Forumu” adı altında ortaya atdığı bu narrativlər Ermənistanda revanşizmin alovlandırılmasına, Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurmağa xidmət edir. Azərbaycana qarşı nifrət üzərində qurulan iftira kampaniyası regionda sülh və etimad quruculuğunu zədələməyə, separatizmin yenidən təbliğinə yönəlib.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə təxribatçı fəaliyyət, tarixin arxivinə göndərilmiş ritorika və terminologiyadan istifadə İsveçrə Konfederasiyasında adi hal almaqdadır. Bəzi İsveçrə parlamentarilərinin son vaxtlar Qarabağ məsələsini “bağlanmış” hesab etmədiyini tez-tez dilə gətirmələri, Erik Fontobelin və digərlərinin İrəvanda revanşistlərin “ofisləri”ndə görüşlər keçirmələri anlaşılmır. Qərargahı İsveçrədə yerləşən “Beynəlxalq Xristian Həmrəyliyi” təşkilatı isə Qarabağ məsələsini dini müstəvidə qələmə verməyə çalışır, Azərbaycana böhtan atır. “Biz bundan əvvəl də sizə üz tutaraq bildirmişdik ki, belə təşəbbüslər xüsusilə də İsveçrə kimi beynəlxalq hüquqa hörmət bəslədiyini iddia edən bir ölkənin parlamentində irəli sürüləndə, qəbul ediləndə və ya İsveçrə cəmiyyətinin bir hissəsi olan kilsə tərəfindən təşviq ediləndə, İsveçrə ərazisində keçiriləndə obyektivlik və bitərəflik prinsipinə zidd olaraq ikili standartların bariz nümunəsinə çevrilir”, - deyə vurğulanan məktubda o da qeyd olunur ki, bu cür yersiz müdaxilələr qətiyyətlə pislənir, bu, Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinə zərbə hesab edilir.

Məktubda, həmçinin İsveçrənin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) 4 min nəfərə yaxın azərbaycanlı itkinin taleyini aydınlaşdırmaq əvəzinə, ölkəmizin suverenliyi, ərazi bütövlüyü əleyhinə addımlar atması, o cümlədən vaxtilə Xankəndidə icazəsiz ofis açması, “humanitar yardım” adı altında Azərbaycanın suveren ərazilərində qanunsuz ticarət dövriyyəsinin aparılmasının və bu fırıldaqçılığa göz yumulmasının, İsveçrənin Azərbaycandakı səfirliyinin Emin Hüseynov adlı birini aylarla inzibati binasında gizlətməklə, İsveçrə Xarici İşlər Nazirliyinin nümayəndəsi Didye Burkhalterin müşayiəti ilə qadın paltarında ölkədən qaçırmasının hansı məqsədi güdməsi haqda suallar ünvanlanıb. Azərbaycan Milli QHT Forumunun təmsilçiləri 100-lərlə Azərbaycan QHT-sini birləşdirən çətir təşkilat olaraq, səfirlə görüşə hazır olduğunu da vurğulayıb.

Beynəlxalq etiraz...

Qeyd edək ki,  İsveçrənin bu addımları birmənalı şəkildə sülhə doğru yönələn təhlükəli addımlardır. Başqa sözlə, konfederasiya parlamenti qlobal sülhün ən mühüm elementlərindən sayılan Azərbaycan - Ermənistan arasındakı normallaşma prosesini hədəfə alır. Təsadüfi deyil ki, İsveçrənin bu yanaşması beynəlxalq dairələr və nüfuzlu siyasət adamları tərəfindən də narahatlıqla qarşılanır, birtərəfli mövqe kimi dəyərləndirilir. Məsələn, tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş “İsveçrənin planlaşdırdığı Qarabağ sülh forumu ikitərəfli olmalıdır” sərlövhəli məqaləsi bunu təsdiqləyir. Məqalədə bildirilir ki, İsveçrə parlamentinin keçirməyi planlaşdırdığı sülh forumu birtərəflidir. Orada etnik mənsubiyyətinə görə evlərindən qovulan və qaçqın həyatı yaşamağa məcbur olan bir milyona yaxın azərbaycanlının acınacaqlı vəziyyəti, habelə otuzillik erməni işğalı zamanı dağıdılan, xarabalığa çevrilən Azərbaycan məscidləri və digər mədəni irs obyektləri müzakirə edilmir. Forumda yalnız erməni mədəni irsinə dəymiş ziyandan və erməni köçkünlərinin vəziyyətindən bəhs edilir.

Yazıda İkinci Qarabağ müharibəsində və sonrakı hərbi əməliyyatlarda köçən ermənilərin acınacaqlı vəziyyətinin müzakirə olunacağı Qarabağ üzrə Sülh Forumuna İsveçrənin ev sahibliyi etmək istəyinə münasibət bildirilib. Qeyd olunub ki, İsveçrə Federal Assambleyasının (parlamentinin) Xarici Əlaqələr Komitəsi Azərbaycan hökuməti ilə Qarabağ erməniləri arasında açıq dialoqa başlamaq üçün bir ildən sonra sülh forumunun keçirilməsi barədə qətnamə qəbul edib. Diqqətə çatdırılıb ki, belə bir vəziyyət sözügedən forumu birtərəfli edir və İsveçrənin neytral xarici siyasətinə ləkə salır. Qeyd olunub ki, məhz buna görə İsveçrə parlamenti Birinci Qarabağ müharibəsi zamanı öz yurd-yuvasından didərgin düşmüş bir milyondan artıq azərbaycanlının acınacaqlı vəziyyətinə və otuzillik işğal zamanı ermənilərin törətdiyi dağıntılara siyasi və hüquqi qiymət verməli, Azərbaycanın o vaxtdan indiyədək gördüyü işləri yalnız bu kontekstdə müzakirə etməlidir.

Beynəlxalq hüququ tanımayan İsveçrə...

İsveçrə hüquqi baxımdan beynəlxalq müstəvidə tərəfsiz dövlət kimi tanınır. Amma deyəsən, bəzən tərəfsizlik unudulur - və ya maraqlarla uzlaşmayanda arxa plana keçirilir. Azərbaycana münasibətdə də bu ikili standartın şahidi oluruq. Tutaq ki, Azərbaycanın mövqeyi ilə üst-üstə düşür deyə ədaləti, beynəlxalq hüququ, beynəlxalq qanunvericiliyi nəinki dəstəkləmək, hətta tanımaq belə istəmirsiz, heç olmasa neytrallıq qorunmalıdır. Axı, bu, rəsmi Bernin öhdəliyidir. Ermənilərə maddi yardım etmək, onların revanşist addımları davam etdirməsi üçün maliyyə tranşı, hətta marafon təşkil etmək İsveçrəyə başucalığı gətirməyəcək. Sadəcə, İsveçrə də bəzi qonşuları kimi sonradan həqiqətiin üzərinə getməyin mümkünsüzlüyünü görüb, peşman olacaq...

P.SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Fevral 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri